Beynəlxalq münaqişələrin həllində beynəlxalq məhkəmə təsisatlarının rolu - Azərbaycan Prokuroru Jurnalı (APJ law journal) - 2022

Description:

Məqalədə beynəlxalq münaqişələrin həllində beynəlxalq məhkəmə təsisatlarının rolu hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi və beynəlxalq praktika əsasında geniş təhlil edilir. Qlobal təhlükəsizliyin beynəlxalq-hüquqi mexanizmlərinin rolunun artırılması və təkmilləşdirilməsi, o cümlədən səmərəliliyinin artırılması vəzifəsi müasir dünya inkişafının əsas tendensiyasına çevrilmişdir ki, burada da beynəlxalq məhkəmə mexanizmləri xüsusi yer tutur. Mübahisələrin həllinin beynəlxalq səviyyədə tanınmış digər üsul və vasitələri ilə birlikdə beynəlxalq məhkəmə institutlarından istifadə edilməsi beynəlxalq məsuliyyət institutunu gücləndirməklə beynəlxalq münaqişələrin ümumilikdə qlobal təhlükəsizliyə dağıdıcı təsirini tam şəkildə azalda bilər. Bu mənada, BMT Beynəlxalq Ədalət Məhkəməsinin fəaliyyəti xüsusi qeyd edilməlidir. BMT Beynəlxalq Ədalət Məhkəməsinin fəaliyyətinin artırılması beynəlxalq zərurətdən irəli gəlməklə bərabər, həm də beynəlxalq ədalətin bərpa edilməsinə dəstək verə bilər. Bundan başqa, beynəlxalq hüququn aliliyinin təmin edilməsi bu zaman ən əhəmiyyətli amil kimi çıxış edir. BMT Beynəlxalq Ədalət Məhkəməsinin fəaliyyətində beynəlxalq müqavilələrlə yanaşı, beynəlxalq-hüquqi adət normalarına geniş istinad edilməsi praktikasının beynəlxalq hüququn müxtləlif sahələri (beynəlxalq himanitar hüquq, beynəlxalq insan hüquqları hüququ, beynəlxalq dəniz hüququ və s.) ilə yanaşı, beynəlxalq təhlükəsizlik üzrə münasibətləri tənzim edən beynəlxalq təhlükəsizlik hüququ sferasında da möhkəmlənməsi beynəlxalq hüquqa mühüm töhfə kimi qiymətləndirilməlidir. Bundan başqa, beynəlxalq münaqişələrin həllində BMT Beynəlxalq Ədalət Məhkəməsinin rolu və fəaliyyətinin genişləndirilməsi istiqamətində dövlətlərin fəaliyyəti daha da artırılmalı, BMT Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının dərhal yerinə yetirilməsi istiqamətində ciddi beynəlxalqhüquqi tədbirlər, o cümlədən beynəlxalq məsuliyyət tədbirləri həyata keçirilməlidir. Nəhayət, BMT Beynəlxalq Ədalət Məhkəməsinin Təhlükəsizlik Şurasının qərarlarının beynəlxalq-hüquqa uyğunluğu məsələsini aydınlaşdırmaq səlahiyyətinin verilməsi də aktual məsələdir.


Müəllif : Vüsalə Muradxanlı
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 73

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top