Mәqalә Beynәlxalq Cinayәt Mәhkәmәsinin (BCM) üzv olan vә olmayan dövlәtlәrlә hüquqi mәsәlәlәr üzrә әmәkdaşlıq problemlәrinә hәsr edilmişdir. Mәhkәmәnin iştirakçısı olma vә Statutun ratifikasiya edilmәsi milli qanunvericiliklәrdә müvafiq dәyişikliklәr edilmәsini, o cümlәdәn, Mәhkәmәnin yurisdiksiyasına aid olan cinayәtlәrlә bağlı ölkә vәtәndaşının hәbs edilmәsi vә Mәhkәmәnin sәrәncamına verilmәsi, sәrәncama vermә vә ya digәr hüquqi yardımla bağlı müxtәlif ölkәlәrdәn vә Mәhkәmәdәn sorğular daxil olduqda Mәhkәmәnin sorğusunun icra edilmәsinә üstünlük verilmәsi, şahidlәrin vә zәrәrçәkmişlәrin vә onların ailә üzvlәrinin vә digәr şәxslәrin tәhlükәsizliyinin tәmin edilmәsi üçün tәhlükәsizlik tәdbirlәrinin qәbul edilmәsini, o cümlәdәn tәsvirin vә ya sәsin dәyişdirilmәsinә imkan verәn texniki vasitәlәrdәn, audio-vizual texnologiyadan, tәhlükә altında olan şәxsә münasibәtdә tәxәllüslәrdәn istifadә edilmәsini vә digәr mәsәlәlәrin nәzәrә alınmasını tәlәb edir. Tәhlükәsizlik Şurasının situasiyanı Mәhkәmәyә göndәrmәk sәlahiyyәti, Statutun iştirakçısı olmayan dövlәtlәrin Şuranın qәrarlarını qәbuletmә, icraetmә vә kömәk göstәrilmәsi üzrә öhdәliklәrinin olması hәm Statutun ratifikasiyası, hәm dә qoşulmama barәdә qәrar qәbul edilәrkәn dövlәtin vә vәtәndaşların tәhlükәsizliyinin prioritet tәmin edilmәsindәn çıxış edәrәk hәrtәrәfli tәhlil edilmәlidir.
Qiymətləndir