Cinayət işləri üzrə məhkəmə proseslərinin uzadılması: səbəbləri, nəticələri və qarşısının alınmasının hüquqi mexanizmləri - Azərbaycan Hüquq Jurnalı №3 (2025)

Description:

Məqalə məhkəmə baxışının uzadılması problemlərinin təhlil edilməsinə həsr edilmişdir. Məhkəmə proseslərinin uzadılması insan hüquqlarının etibarlı təmin edilməsinə, həmçinin ədalət mühakiməsinin “ağlasığan müddət” ərzində həyata keçirilməsinə və dövlətin hüquq sisteminin səmərəliliyinə təsir edir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı bəzi prosessual hüquqların həyata keçirilməsinin vaxtla məhdudlaşdırılması, bir sıra hallarda formalizmə gətirə bilər. Məhkəmə proseslərinin əsassız və subyektiv aspektlərdə uzadılmasının qarşısının alınması üçün ekspertizanın aparılması ilə bağlı müddətlərin tətbiqi sahəsində müəyyən qanunvericilik islahatları aparılmalı, elektron ekspertiza sistemi yaradılmalı, ekspertizalarıın elmi-texniki təminatı daha da möhkəmləndirilməli, rəqəmsallaşdırma tətbiq edilməli, hakimlərin, həmçinin prosesin digər iştirakçılarının prosesin uzadılması ilə bağlı subyektiv yanaşması hallarının aradan qaldırılması ilə bağlı mexanizmlər işlənib hazırlanmalı, məhkəmlərdə işlərin bölüşdürülməsinin elektron sisteminin mürəkkəb işlərlə bağlı funksionallığı artırılmalı, işlərə prioritet baxılmasının qanunvericiliyə və təcrübəyə daxil edilməsi, mürəkkəb işlərlə bağlı kriteriyaların Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə uyğun olaraq hazırlanması, məhkəmə arxivlərinin elektronlaşdırılması kimi tədbirlər həyata keçirilməlidir.


Müəllif : Mətanət Əsgərova
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 15

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top