Cinayət mühakimə icraatında müdafiəçinin prosessual statusunun təkmilləşdirilməsi haqqında - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №1 2024

Description:

Məqalə müdafiəçinin prosessual hüquqlarının genişləndirilməsi, iştirakçı kimi digər şübhəli və təqsirləndirilən şəxslərdən asılılığın aradan qaldırılması, ona etiraz hallarının genişləndirilməsi məsələləri nəzərdən keçirilmişdir. Əsərdə qeyd olunur ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun əhəmiyyəti, insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsində roludur. Müəlliflər vurğulayırlar ki, bu hüququn funksiyalarından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarını həyata keçirməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdınlmasına yönəlmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Vurğulanır ki, müdafiəçinin peşəkar yardımından istifadə hüququnun təkminləşdirilməsinin məqsədlərindən biri şübhəli və təqsirləndirilən şəxslərin cinayət prosesində tərəflərin bərabərliyinə cəhdir, bu da bütün tərəflərin bərabər prosessual imkanlarını təmin edərək çəkişmənin əsasında duran müddəadır və həqiqətin müəyyən ediməsinə yönəlir. Müdafiəçi və müvəkkil arasında münasibətlər zamanı müdafiəçiyə etiraz institutu da cinayət təqibinə məruz qalan şəxsin mənafelərinin təmin edilməsinə xidmət edir. Qeyd olunur ki, bəzən şübhəli və ya təqsirləndirilən şəxslərin müdafiəçiyə inamsızlığı formalaşır. Müdafiəçi və müvəkkil arasında ziddiyətli vəziyyətin qarşısını almaq məqsədi ilə təklif olunur ki, müdafiəçiyə özü-özünə etiraz imkanı tanınsın və bu məsələsinin həlli məhkəməyə həvalə edilsin. Müdafiəcinin prosesdən kənarlaşdırılmasının əsasında onun fəaliyyəti haqda şübhəli və ya təqsirləndirilən şəxslərdə yarana biləcək şübhənin aradan qaldırılması ideyası durur. Belə hal olduqda müdafiəçinin, özü-özünə etiraz hüququ tanınması təklif edilir. CPM-də müdafiəçinin işdə iştirakını istisna edən əsaslar (CPM, maddə 114) təsbit edilib. Müəlliflərin fikrincə, bu halların dairəsinın şərti əsaslar hesabına qanunvericilik qaydasında genişləndirilməsi məqsədə uyuğundur və həmin şərtlər daxilində müdafiəçiyə müdafiədən imtina etmək hüququ tanınmalıdır.


Müəllif : Qəfərov M.S., Rüstəmov R.H
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 132

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top