Cinayət mühakiməsində genetik məlumatların istifadəsi: Yeni dövr, yoxsa məxfiliyə hücum? - Bakı Dövlət Universiteti Tələbə Hüquq jurnalı Buraxılış:11 Say:2 2025

Description:

Müasir dövrdə genetik məlumatların toplanması, saxlanması və istifadəsi hüquq sisteminin qarşısına yeni və mürəkkəb suallar çıxarır. Biotibbi tədqiqat mərkəzləri və birbaşa istehlakçıya yönəlmiş DNT test şirkətləri milyonlarla insanın genetik məlumatını toplayır və emal edir. Lakin ən ciddi məsələ bu məlumatların kim tərəfindən, hansı məqsədlərlə və nə qədər müddət ərzində istifadə olunmasıdır. Məhz burada hüququn əsas vəzifəsi texnologiyanın imkanları ilə insan hüquqlarının sərhədləri arasında balans yaratmaq olur. Məqalədə genetik məlumatların cinayət mühakiməsində istifadəsi üzrə beynəlxalq tənzimləmə və AİHM təcrübəsi təhlil edilərək Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi üçün təkliflər irəli sürülür.


Müəllif : Məhin Əkbərova
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 15

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top