Dövlət qulluğu müxtəlif elm sahələrinin tədqiqat predmetinə daxildir. Dövlət qulluğunu şərtləndirən əsas amillər sistemində hüquq mühüm yer tutur. Başqa sözlə hüquq dövlət qulluğunun əsasını təşkil edir. Dövlət qulluğu hüquqi kateqoriya olaraq hüququn müxtəlif sahələrini özündə birləşdirir. Buna görə də, elmi və normativ mənbələrdə dövlət qulluğu kompleks hüquq institutu kimi xarakterizə olunur
Qiymətləndir