Dövlət qulluğunda əmək hüquq münasibətlərinin bəzi məsələləri - "Sosial elmlər" jurnalı №1 2025

Description:

Tədqiqatın məqsədi dövlət qulluğunda əmək hüquq münasibətlərinə dair elmi və normativ müddəaların təhlilindən ibarətdir. Göstərilən məqsədə nail olmaq üçün tədqiqat zamanı qarşıya aşağıdakı vəzifələr qoyulmuşdur: dövlət qulluğunda əmək hüquq münasibətlərinə dair – nəzəri baxışları ümumiləşdirmək; qanunvericilik bazasını müəyyən etmək; hüquqi təhlillər aparmaq; dövlət qulluğunda əmək hüquq münasibətlərinin tərkib elementlərini fərqləndirmək; onun müasir modelinin formalaşmasına aid mülahizələr ifadə etmək. Tədqiqatın nəzəri-metodoloji əsasını idrakın ümumi elmi metodları, o cümlədən, elminəzəri və normativ hüquqi mənbələrin təhlili, ümumiləşdirmə, xüsusi elmi metodlar, hüquqi şərh və s. təşkil edir.


Müəllif : h.ü.f.d., dosent Oruc Məmmədov
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 33

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top