Dünya Ticarət Təşkilatında apellyasiya orqanının fəaliyyətinin islahatı problemi - Polis Akademiyasının Elmi Xəbərləri - Elmi Hüquq Jurnalı №2 2025

Description:

Hakimlərin müstəqilliyi üçün onların “dəyişilməzliyi” prinsipinin həyata keçirilməsi əhəmiyyətlidir. BMT Beynəlxalq Ədalət Məhkəməsinin hakimləri üçün nəzərdə tutulan (Beynəlxalq Ədalət Məhkəməsinin Statutu m.13) doqquz illik müddət məsələsi və təkrar seçilmək imkanı arbitrlərin fəaliyyətində onların müstəqilliyi və tərəfsizliyi üçün daha məqbul variant hesab edilə bilər. Apellyasiya orqanının bir məhkəmə orqanı kimi fəaliyyətinin bərpası ideyası daha çox rəğbət görür. Bu halda Apellyasiya orqanı bütün üzv-dövlətlər tərəfindən arbitraj kimi tanınmış olacaq. Konkret faktları nəzərə alaraq işi Panelə müzakirəyə qaytarmaq üçün Apellyasiya orqanına səlahiyyət vermək daha məntiqlidir. Bu dəyişiklik Apellyasiya orqanının statusunu normal məhkəmə statusuna yaxınlaşdırmış olardı. Mübahisələrin həllində məhkəmə təcrübəsi və ya presedentlərdən istifadə BMT Beynəlxalq Ədalət Məhkəməsinin Statutunun 38.1(d) və 38.2-ci maddəsinə uyğun olaraq tənzimlənə bilər. BMT Beynəlxalq Ədalət Məhkəməsinin sonuncu, Statutun 38.2-ci maddəsinə uyğun olaraq həyata keçirdiyi səlahiyyəti Apellyasiya orqanının arbitrlərinin təfsir (qiymətləndirmə) üzrə fəaliyyətində də istifadə edilə bilər. Apellyasiya orqanı çoxtərəfli danışıqlar vasitəsilə şərhlərin aydınlaşdırılması üçün hüquqi qeyri-müəyyənlik məsələlərini DTT-nin müvafiq komitələrinə göndərə bilər.


Müəllif : Soltan İsgəndərli
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 24

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top