Davamlı inkişaf sferasında layiqli həyat hüququnun hüquqi əsasları və universal standartları - Azərbaycan Vəkili Jurnalı №22 (2023)

Description:

Müasir dövrdə davamlı inkişaf çərçivəsində indiki nəsillərin tələbatlarının gələcək nəslin mənafeyinə zərər vurmadan ödənilməsi durur ki, bu da özünün üç istinad nöqtəsi ilə xarakterizə olunur. Davamlı sosiallıq adını almış ən mühüm sütunlardan biri insanların layiqli həyat səviyyəsinin təmin olunmasında ən başlıca yerlərdən birini tutur. Cəmiyyət davamlı sosiallıq çərçivəsində insanların əsas sosial hüquqlarını təmin etməklə onların rifahının yüksəldilməsinə nail ola bilər. Məqalədə Minilliyin inkişaf məqsədləri qismində planlaşdırılan sektorların inkişaf mərhələləri və hüquqi əsaslarının əks olunduğu mənbələr araşdırılmış, on yeddi məqsəddən on birinin sosial hüquq qismində təhlili aparılmış, bu barədə tədqiqatçıların fikirlərinə yer verilmişdir. Müəllif tərəfindən davamlı inkişafa nail olmağın ən başlıca şərti kimi sosial mənafeyin təminatı fikri irəli sürülmüş, bu məqsədin digər iki (iqtisadi və ekoloji) məqsədlərə gedən yolun da başlıca şərti olduğu müdafiə olunmuş, bu istiqamətdə təkliflər səsləndirilmişdir.


Müəllif : Mələkxanım Rəhimova
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 38

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top