Dövlət ittihamçısı, vəkil və hakimin məhkəmə nitqlərinin realizəsi zamanı cinayət mühakimə icraatının prinsiplərinin təmin edilməsi - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №1 2025

Description:

Cinayət mühakimə icraatı vahid sistemə malik olduğu üçün bu sistemin hər bir elementi digər elementlərlə qarşılıqlı əlaqədə çıxış etdikdə və sistemdaxili ziddiyyətə səbəb olmadıqda effektiv hesab edilə bilər. Qeyd edilən qarşılıqlı əlaqənin və ziddiyyətsizliyin təmin edilməsi üçün cinayət mühakimə icraatı sistemyaradıcı amillərdən faydalanır. Cinayət mühakimə icraatının sistemyaradıcı amilləri cinayət prosesinin bütün institutlarının həm ayrı-ayrılıqda, həm birgə cavab verməli olduqları meyarları, onların hədlərini, ümumi məqsədlərini və s. müəyyən edir və bunun hesabına həmin institutların orqanik vəhdət şəklində işləməsi üçün şərait yaradır. Təqdim edilmiş tədqiqat işində sadalanan amillərin hamısının sistemyaratma xüsusiyyətini qəbul edirik və onlardan hər hansı birinin bu əlamətə malik olduğunu mübahisələndirmirik. Həqiqətən də cinayət mühakimə icraatının təyinatı və ümumi vəzifələri, eləcə də cinayət-prosessual qanunvericilik cinayət mühakimə icraatının vahid sistemini şərtləndirən amillər kimi çıxış edir. Bununla belə, tədqiqat qarşısında qoyulmuş vəzifələrin uğurlu həll edilməsi üçün biz, məhkəmə nitqləri və onların realizə edilməsi institutlarının məhz cinayət mühakimə icraatının prinsipləri ilə qarşılıqlı əlaqəsi məsələsinə geniş diqqət yetirməyi məqsədəuyğun sayırıq. Hesab edirik ki, məhkəmə nitqləri və onların realizə edilməsi institutlarının cinayət mühakimə icraatının prinsipləri ilə qarşılıqlı əlaqədə tədqiq edilməsi onların mahiyyətinin açılması və ümumiyyətlə, cinayət mühakimə icraatının sistemində bu institutların yerinin müəyyən edilməsi üçün zəruridir. Nəhayət, məhkəmə nitqləri və onların realizə edilməsi institutları daha sıx əlaqədə olduqları cinayət mühakimə icraatının prinsipləri ilə qarşılıqlı əlaqədə təhlil edilməlidir ki, ayrılıqda götürülmüş konkret bir prinsipin məhkəmə nitqləri və onların realizə edilməsi institutlarına necə təsir göstərdiyini müəyyənləşdirək.


Müəllif : Qasımov Ə.Ə.
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 41

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top