Elektron hökumət mühitində dövlət-vətəndaş münasibətlərinin təkmilləşdirilməsi: inzibati hüququn çağırışları - Polis Akademiyasının Elmi Xəbərləri - Elmi Hüquq Jurnalı №2 2025

Description:

Bu məqalə elektron hökumət mühitində vətəndaş–inzibati orqan münasibətlərinin təkmilləşdirilməsinə yönəldilmişdir. Tədqiqatın əsasını rəqəmsal idarəetmənin hüquqi və praktiki aspektləri, inzibati icraata süni intellektin tətbiqi məsələsi, eləcə də vətəndaşların bu mühitdə hüquqlarını reallaşdırma imkanları təşkil edir. Eyni zamanda, elektron idarəetmənin tətbiqində meydana çıxan inzibati-hüquqi çağırışlar və məhdudiyyətlər də təhlil edilir. Məqalənin strukturu onun məqsədini və məntiqi izahını əks etdirir. Nəzəri hissədə elektron hökumət və rəqəmsallaşmış inzibati icraatın hüquqi əsasları araşdırılır, praktiki hissədə isə elektron müraciət, şikayət, elektron xidmətlərdən istifadə zamanı yaranan hüquqi boşluqlar və vətəndaşların bu proseslərə çıxış imkanları izah olunur. Vətəndaş–məmur münasibətlərində şəffaflığın, çevikliyin və hüquqi təminatın artırılması yolları da təqdim edilir.


Müəllif : Röya Mirtalıbova
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 37

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top