Fiziki şəxslərin və hərbi qulluqçuların ali və orta ixtisas təhsil müəssisələrində keçirdikləri təlim vaxtının bir hissəsinin pensiya təyinatı zamanı əmək stajı olaraq hesablanmasının hüquqi əsasları - Polis Akademiyasının Elmi Xəbərləri - Elmi Hüquq Jurnalı №2 2025

Description:

Bu məqalənin məqsədi Azərbaycan Respublikasında fiziki şəxslərin pensiya təminatının müəyyən olunması zamanı mülki ali və orta ixtisas təhsil müəssisələrində keçirdikləri təlim vaxtının bir hissəsinin pensiya təyinatı zamanı əmək stajı olaraq hesablanmasının praktiki əhəmiyyətini araşdırmaqdır. Məqalədə normativ-hüquqi aktların təhlili, müqayisəli hüquqşünaslıq yanaşması və praktiki tətbiq təcrübəsinin öyrənilməsi metodlarından istifadə olunmuşdur. Məqalənin elmi yeniliyi ondan ibarətdir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin pensiya təminatı kontekstində mülki ali və orta ixtisas təhsil müəssisələrində keçirdikləri təlim vaxtının bir hissəsinin pensiya təyinatı zamanı əmək stajı olaraq hesablanmasının hüquqi əsasları ilk dəfə sistemli şəkildə təhlil edilərək, bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı yeni yanaşmalar və təkliflər irəli sürülmüşdür.


Müəllif : Pərviz Qəribov, Qəhrəman Behbudov, Yusif Mirzəzadə
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 26

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top