Süni intellekt sistemlərinin tətbiqinə dair qadağalar: Süni İntellekt Aktının 5-ci maddəsinin təhlili - Azərbaycan Hüquq Jurnalı №2 (2025)

Description:

Dövrümüzün aktuallığına çevrilmiş süni intellekt sistemləri gündəlik həyatımızda istənilən sferaya sirayət etmişdir. Bu gün avtomobil idarə etməkdən tutmuş iş həyatımıza qədər bütün məsələlərdə süni intellektin köməyindən faydalanırıq. Lakin bir tərəfdən çətinliklərimizi aradan qaldırmağa xidmət edən bu cür sistemlər digər tərəfdən də bəzən hüquq və azadlıqlarımızı pozur. Ona görə də süni intellekt sistemlərinin sərhədsiz tətbiqi yolverilməzdir ki, bu da hüquqi tənzimləmələrin zəruriliyini şərtləndirir. Bu istiqamətdə həmçinin konkret qadağaların müəyyən olunması hüquq pozuntularının qarşısının alınmasına xidmət edir. Avropa məkanında qəbul edilmiş Süni İntellekt Aktının 5-ci maddəsi qeyd olunan məsələlərin tənzimlənməsi sahəsində mühüm əhəmiyyətli addım kimi qiymətləndirilə bilər. Məqalədə qeyd olunan Aktda öz təsbitini tapmış qadağalar təhlil olunmuş, onların hansı formada milli qanunvericiliyimizdə təsbit edilməsi ilə bağlı təkliflər təqdim edilmişdir.


Müəllif : Gülnaz Rzayeva
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 25

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top