Gender bərabərliyi kontekstində ekoloji təhlükəsizliyin təmin edilməsinin bəzi hüquqi aspektləri - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №2 2024

Description:

Məqalədə qeyd olunur ki, beynəlxalq hüquqi tənzimetmənin həlledici elementi olaraq ekoloji təhlükəsizliyin təmin edilməsi məsələləri üzrə müqavilə əməkdaşlığının spesifik xüsusiyyətləri həm dünya birliyi, həm də ayrı-ayrı dövlətlər səviyyəsində qüvvədə olan normalarda öz əksini tapır. Qlobal səviyyədə ekoloji təhlükəsizliyin təmin edilməsi məsələsi üzrə milli implementasiya mexanizminə təsir edən dövlətlərin müqavilələr bağlamaq təşəbbüsləri yüksələn xətlə inkişaf edir. Həmçinin qeyd olunur ki, qadınların iqlim dəyişmələri qarşısında ən böyük zəif cəhəti tarazlığın pozulduğu əmək bölgüsü, daha aşağı gəlir səviyyəsi və dolanacaq imkanlarının daha az olması, həmçinin torpaq və digər istehsalat gücləri ilə bağlı istifadə və nəzarətin daha aşağı səviyyədə olması, qanunla təsbit edilmiş hüquqların az sayda olması, səyyarlıq imkanlarının və siyasət və peşəkar birliklər sahəsində iştirakçılığın daha aşağı səviyyədə olması səbəbindən yaranan gender normaları və ayrı-seçkiliyindən irəli gəlir. Bu gün ekoloji böhran gender məsələlərində də özünü göstərir. Uzunmüddətli sənaye fəaliyyəti nəticəsində daha pis vəziyyətə düşmüş ekoloji şərait təbii balansa mənfi təsir göstərir.


Müəllif : Mehdiyev N.H., Qibləliyeva A.E.
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 120

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top