Hüquq texnologiyaları və onların vəkillik sahəsinə inteqrasiyası - Azərbaycan Vəkili Jurnalı №24 (2024)

Description:

Keçən əsrin sonlarından etibarən rəqəmsal texnologiyaların geniş yayılması bir çox sahələrin inkişafına mühüm təsir göstərmişdir. Texnoloji yeniliklər digər peşə sahələrində olduğu kimi vəkillik sahəsinə də gündən-günə təsirini artırır. Bəzi hüquq texnologiyaları vəkillərin bürokratik yüklərini azaldıb, təkrarlanan tapşırıqları yerinə yetirərkən, bəziləri də vətəndaşlara və şirkətlərə vəkilə ehtiyac duymadan sadə hüquqi problemləri həll etməkdə kömək edir. Bu məqalə Hüquq Texnologiyaları (Legal Tech) anlayışını, hüquq texnologiyalarının istifadə sahələrini, kateqoriyalarını və onların vəkillik sahəsində tətbiqini araşdırır, vəkillərin öz peşələrini yerinə yetirərkən hüquq texnologiyalarından istifadə etməklə necə daha səmərəli və daha keyfiyyətli hüquqi yardım göstərə biləcəklərini vurğulayır. Məqalədə həmçinin vəkillik peşəsində süni intellektdən istifadə məsələlərinə də toxunulmuş, hüquq texnologiyalarının xarici ölkələrdə tətbiqi praktikası və ölkəmizdə müvafiq sahənin inkişafının hansı dərəcədə olduğundan bəhs olunmuşdur. Belə ki, dünyanın bir sıra qabaqcıl dövlətlərinin hüquq texnologiylarından geniş istifadə etməsi, xüsusən də süni intellektə əsaslanan texnologiyaların beynəlxalq və milli hüquq sistemlərində tətbiqi bu sahənin inkişafına mühüm töhfə vermişdir.


Müəllif : Zeynalabidin Hüseynov
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 15

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top