Hüquqi mövqe ilə bağlı məhkəmə qərarlarının presedent gücü və müraciətlərə təkrar baxılmasının dinamikası: praktik və nəzəri baxış

Description:

İnzibati icraat hüquq subyektləri ilə dövlət arasında yaranan mürəkkəb münasibətlərin obrazlı desək, "ilk instansiyası"dır. Burada qəbul edilən hər bir inzibati akt sonradan məhkəmə mübahisəsinin obyektinə çevrilə və fərdin hüquq müdafiəsinin effektivliyini müəyyən edə bilər. Azərbaycan Respublikası Konstitusiyası "İnzibati icraat haqqında" Qanunu, eləcə də İnzibati Prosessual Məcəllə inzibati orqanlara işin faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaq, maraqlı şəxslərin iştirakını təmin etmək və nəticə etibarilə əsaslandırılmış qərar qəbul etmək öhdəliyi yaradır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində hüquq və azadlıqların inzibati və məhkəmə təminatı nəzərdə tutulmuş, həmçinin hər kəsin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı inzibati qaydada və məhkəməyə şikayət etmək hüququ olduğu təsbit edilmişdir.


Müəllif : Səadət Bəktaşi
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 19

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top