Həbs qətimkan tədbirlərinin seçilməsi zamanı məhkəmələr tərəfindən nəzərə alınan amillər - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №1 (2022)

Description:

Qətimkan tədbirləri cinayət yurisdiksiya orqanlarının cinayətlərin qarşısının alınması, cinayətlərin açılması və cinayət törətmiş şəxslərin məsuliyyətə alınması üzrə cinayət prosessual fəaliyyətin normal gedişini təmin etmək, öz vəzifələrini vaxtında və səmərəli yerinə yetirmək ücün cinayət prosessual qanunvericilikdə nəzərdə tutulan cinayət prosessual hüquqi vasitələrdir. Cinayət prosessual qanunvericilikdə bu tədbirlərin müxtəlif növlərinin nəzərdə tutulması və ümumilikdə seçilməsi və tətbiqi məqsədlərinin, şərtlərinin, əsaslarının və prosedur qaydasının müəyyən edilməsi bu tədbirlərin bilavasitə insan hüquq və azadlıqlarına müdaxilə ilə şərtlənməsi ilə bağlıdır. Məhz, bu mənada da qanunverici bu tədbirlərin sistemi və tətbiqinin ciddi şəkildə tənzimlənməsini zəruri hesab etmiş, bununla kifayətlənməmiş optimal hüquqi mexanizm müəyyənləşdirmişdir.


Müəllif : Anar Məhəmmədov - BDU-nun Cinayət prosesi kafedrasının doktorantı
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 627

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top