Cinayət prosesinin məqsədlərinə çat-ması, vəzifələrini yerinə yetirməsi üçün əsas rol oynayan, sübutetmənin məqsədi, məhkəmə icraatının – cinayət mühaki-mə icraatının konstitusion vəzifəsi olan həqiqətin müəyyən edilməsi ən qədim dövrlərdən bəri fəl-səfi düşüncənin, fəlsəfənin maraq obyekti, əsas məsələsi olan dünya haqqında həqiqətin müəyyən edilməsi, dünyanın, real həyatdakı hadisə və pro-seslərin dərk edilməsi ilə bağlı yanaşmanın xüsu-si təzahürü, konkret sahəvi xarakter almış forma-sıdır. Bu baxımdan da belə demək doğru olar ki, cinayət prosesində həqiqətin müəyyən edilməsi ən ümumini tədqiq edən, bütün sahələrin arayış-larının xidmət etdiyi fəlsəfədəki həqiqət kateqori-yasının və həqiqətin müəyyən edilməsi yolunun cinayət prosesinə bu sahənin xarakterik xüsusiy-yətlərinə görə şəkillənmək, formalaşmaqla trans-formasiyasıdır. Bu məqalə fəlsəfədə həqiqət və həqiqətin müəyyən edilməsinə dair yanaşmalara qısa baxışdır və onun cinayət prosesinə transfor-masiyasının təsvirini verir.
Qiymətləndir