Kibercinayətkarlıqla mübarizənin hüquqi əsasları: mövcud problemlər və həll yolları - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №1 2025

Description:

Yaşadığımız dövrdə kibercinayətkarlıq informasiya texnologiyalarının sürətli inkişafı ilə paralel olaraq geniş yayılmış və istər beynəlxalq, istərsə də milli təhlükəsizlik üçün ciddi təhdidə çevrilmişdir. Kibercinayətlərin çoxşaxəli və spesifik xarakterdə olması onunla mübarizənin üsul və qaydalarını da çətinləşdirir. Məhz bu mənada hüquq mühafizə orqanları və beynəlxalq təşkilatların qarşısında duran ən vacib vəzifə kibercinayətkarlıqla mübarizə üsullarını dərindən bilmək, mövcud üsulları təkmilləşdirmək və ya yeni yollar axtarmaq, eləcə də bu istiqamətdə qarşıya çıxan çətinlikləri operativ və səmərəli şəkildə həll etməkdir. Bu məqsədlə araşdırma kibercinayətkarlıqla mübarizənin hüquqi əsaslarını müəyyən edərək, bu fəaliyyətin həyata keçirilməsində hansı çətinliklərin olduğunu təhlil edir. Həmçinin bu tədqiqat işi kibercinayətkarlıqla mübarizədə ortaya çıxan problemlərin həlli üçün alternativ həll yollarını araşdıraraq təqdim edir. Bu mübarizənin gücləndirilməsi üçün normativ-hüquqi bazanın təkmilləşdirilməsi, müasir istintaq üsullarından istifadə edilməsi, beynəlxalq əməkdaşlığın artırılması və hüquq mühafizə orqanlarının kibertəhlükəsizlik sahəsində ixtisaslaşmasının vacibliyi qeyd edilir.


Müəllif : Abbasova F.M., Xəlilov K.İ.
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 16

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top