Konstitusiyaya dəyişikliyə zərurət varmı: Azərbaycanda informasiya sahəsində hüquq və azadlıqlara dair normalarda ziddiyyətlər - Azərbaycan Hüquq Jurnalı №2 (2024)

Description:

Azərbaycan Respublikası Konstitusiyası milli qanunvericilik sisteminin əsasını təşkil edir. Bütün hüquq sahələrində olduğu kimi, informasiya hüququ üçün də rəhbər müddəalar və ilkin başlanğıclar Konstitusiyada müəyyən olunmuşdur. Lakin informasiya sahəsində hüquq və azadlıqların realizə formalarının müasir dövrün tələbindən irəli gələrək, dəyişməsi bir çox konstitusion normalara yenidən nəzər salınmasını zəruri edir. Təqdim etdiyimiz məqalədə Azərbaycan Respublikası Konstitusiyasının aşağıdakı maddələri təhlil olunaraq təklif və tövsiyələr təqdim olunacaqdır: məlumat azadlığı (ARK-nın 50-ci maddəsi); fikir və söz azadlığı (ARK-nın 47-ci maddəsi); insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı (ARK-nın 71-ci maddəsi).


Müəllif : Gülnaz Rzayeva
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 177

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top