Layiqli həyat hüququnun elementi kimi sağlam və davamlı ətraf mühit hüququnun müqavilə mexanizmləri - Polis Akademiyasının Elmi Xəbərləri- Elmi Hüquq Jurnalı №1 2025

Description:

Layiqli həyat səviyyəsi insanın cəmiyyətdə əldə edilə bilən ən yüksək standartlara ləyaqətlə, təhlükəsiz və tələbatları ödənilmiş şəkildə çatmasıdır. Burada qeyd edilən təhlükəsizlik anlayışı bütün maddi aləmi əhatə edərək təbiətə nəzərən özündə ətraf mühitin mühüm elementləri hesab edilən adekvat mənzil, layiqli su, yararlı qida, təmiz hava və s. kimi məfhumları birləşdirir və son nəticədə sağlam və davamlı ətraf mühit hüququ olaraq insan rifahının təminatına yönəlir. Bu hüquq konstitusiya dəyərləri və əsas hüquqların beynəlxalq ətraf mühit prinsipləri ilə vəhdətini təcəssüm etdirir, insan hüquqlarına və geri çəkilməmək prinsipinə hörmət ruhunda cərəyan eldir. Sağlam ətraf mühit hüququnun Hüquqlar haqqında Bill və digər mühüm universal sənədlərdə tanınmaması məsələni mürəkkəbləşdirən əsas amillərdəndir. Lakin 2022-ci ildə BMT Baş Assambleyası Qətnaməsi ilə onun universal səviyyədə tanınması bu istiqamətdə dövlətlər üçün nəzəri və təşkilati aspektdə müvafiq öhdəliklər formalaşdırır. Məqalədə sağlam və davamlı ətraf mühit hüququnun universal, regional və yerli səviyyələrdə müqavilə əsası təhlil edilir, müəllif tərəfindən bu hüquq sahəsi ilə əlaqədar müəyyən ümumiləşdirmələr aparılaraq Sosial, İqtisadi və Mədəni Hüquqlar haqqında 1966-cı il Paktına “Sağlam və Davamlı Ətraf Mühit Hüquqları haqqında Fakultativ Protokol”un və “Azərbaycan Respublikası Ətraf Mühit Məcəlləsi”nin qəbul edilməsi təklifləri irəli sürülür.


Müəllif : Mələkxanım Rəhimova
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 82

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top