Mülki hüquqda kompensasiya institutu: anlayışı, mahiyyəti, konstitusion-hüquqi təhlili və kompensasiya öhdəliyinin yaranması şərtləri - Azərbaycan Hüquq Jurnalı №1 (2025)

Description:

İctimai həyatda yaranan münasibətlərin tənzimləyicisi və insanların mənafelərinin qoruyucusu olan hüquq bir sıra funksiyaları yerinə yetirir. Hüquq qaydasının icazə vermədiyi hərəkət (hərəkətsizlik) nəticəsində bir başqasının zərərə uğramasına səbəb olan şəxslər bu zərəri kompensasiya etmək öhdəliyini daşıyırlar. Hazırkı məqalədə də müəllif tərəfindən mülki hüquqda kompensasiya institutu araşdırılmış, onun anlayışı və mahiyyəti izah olunmuş və konstitusionhüquqi təhlili aparılmışdır. Müəllif kompensasiya institutunun hansı funksiyaları daşıdığını göstərmiş, onların təhlilini həyata keçirmişdir. Eyni zamanda müəllif tərəfindən kompensasiya öhdəliyinin yaranması şərtləri ümumi şəkildə şərh edilmişdir. Müəllif kompensasiya öhdəliyinin yaranması üçün 3 mütləq şərt olduğunu müəyyən etmişdir. Bu zaman müəllif, qanunvericilik normalarına istinad etməklə kifayətlənməmiş, nəzəri ədəbiyyatları da təhlil etmişdir. Yekun olaraq, müəllif tərəfindən mövzu ilə bağlı bir sıra nəticələr əldə olunmuş və qanunvericiliyə düzəlişlərin edilməsi ilə bağlı təkliflər irəli sürülmüşdür. Müəllif Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi ilə bağlı düzəliş təkliflərini irəli sürərkən mənəvi zərər və onun hesablanması məsələlərinə də toxunmuşdur.


Müəllif : Asif Qədirov
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 180

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top