Mülkiyyәt hüququ vә әmlak anlayışının bәzi cәhәtlәri - Elmi məcmuələr Jurnalı Cild 26 №3 2024

Description:

Mülkiyyәt hüququ hüququn fundamental kateqoriyalarından biridir. Mülkiyyәt hüququnun anlayışı dedikdә, onun bütün növ vә formalarına xas olan vә digәr növ hüquqlardan fәrqlәndirәn әlamәtlәrinin qarşılıqlı mәntiqli әlaqәsinin mәcmusu başa düşünmәlidir. Mülkiyyәt hüququ uzun tarixi inkişafın mәhsulu olsa da, ümumilәşdirilmiş kateqoriya kimi onun anlayışı ayrı–ayrı növ vә üsullarının formalaşmasından sonra yaranmışdır. Mәqalәdә mülkiyyәt vә mülkiyyәt hüququ anlayışının bәzi cәhәtlәri fәrqlәndirilir, bu kateqoriyalar ilә әmlak vә әşya kateqoriyalarının müqayisәli tәhlili aparılır. Mülkiyyәt vә mülkiyyәt hüququ anlayışlarının bir-birinә yaxın vә әlaqәli anlayışlar kimi ümumi vә fәrqli, o cümlәdәn bir-biri ilә tam üst-üstә düşmәyәn cәhәtlәri müәyyәn edilir, mülkiyyәt hüququnun mәhdudlaşdırılmasının konseptual әsasları qeyd olunur.


Müəllif : Eminli N.M.
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 51

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top