Müqavilə azadlığı: hüquq və azadlıq arasındakı inkişaf - Azərbaycan Hüquq Jurnalı. 2024 (№3)

Description:

Məqalədə mülki hüququn əsas prinsiplərindən biri olan müqavilə azadlığı prinsipinin hüquqi və fəlsəfi təhlili aparılmışdır. Müəlliflər müqavilə azadlığını təkcə bir prinsip olaraq deyil, həmçinin nəzəriyyə olaraq təhlil edirlər. Müqavilə azadlığı ilə bağlı indiyə qədər aparılan tədqiqatlarda bu anlayışa sadəcə bir prinsip olaraq yanaşılmış, onun fəlsəfi və tarixi aspektləri kənarda qalmışdır. Roma müqavilələr hüququndan başlanğıcını götürən müqavilə azadlığı konsepsiyası həm nəzəri, həm də praktiki əhəmiyyətə malikdir. Müqavilə azadlığı ilə bağlı mülki hüquq ədəbiyyatlarında müxtəlif nəzəriyyələr qeyd edilmişdir, məhz həmin nəzəriyyələrin hüquqi təhlilləri məqalədə xüsusi olaraq vurğulanır. Azərbaycan Respublikasının mülki hüquq sistemi artıq çağdaş dövrün tələbləri ilə ayaqlaşır. Bu səbəbdən də məqalədə müqavilə azadlığı prinsipinin müasir təhlili aparılmışdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyində müqavilə bağlamaq məcburiyyəti başlığı altında hər hansı müddəa nəzərdə tutulmamışdır. Lakin məqalədə müqavilə bağlamaq məcburiyyəti müddəası ilə müqavilə azadlığının qarşılıqlı əlaqəsi və təsirləri qeyd edilmişdir. Həmçinin İsveç və Türkiyə mülki hüquqlarında əksini tapan dürüst davranma prinsipi ilə müqavilə azadlığı prinsipinin qarşılıqlı əlaqəsi qeyd edilmişdir.


Müəllif : Ramazan Əsgərxanov, Sadiq Məhərrəmov
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 398

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top