Hüquqi sistemlərin yaxınlaşmasına və vahid hüquqi məkanın yaradılmasına xidmət edən beynəlxalq hüquqi əməkdaşlığın mühüm ünsürünü beynəlxalq hüquqi yardım təşkil edir. Əslində hüquqi yardım konkret məsələnin həlli istiqamətində hüquqi əməkdaşlığı ifadə edir və milli hüquq sistemlərinin əməkdaşlığına xidmət edir. Eyni zamanda beynəlxalq hüquqi yardım “dövlətlərin beynəlxalq hüquq normalarına uyğun olaraq əməkdaşlıq etmək üzrə hüquqi öhdəliklərinin realizəsinin hüquqi formasını təşkil edir”
Qiymətləndir