Mədəni irsin aid edilməsi (atribusiyası) üzrə hüquqi çərçivədə açıq və qapalı yanaşmalar - Bakı Dövlət Universiteti Tələbə Hüquq jurnalı Buraxılış:11 Say:2 2025

Description:

Bu məqalə Avstriya, İtaliya, Yaponiya, Avstraliya və ABŞ-nin mədəni irsin aid edilməsi (atribusiyası) üzrə hüquqi çərçivələrini müqayisəli şəkildə araşdırır. Məqalədə atribusiya prosesinin meyarları ictimaiyyətə açıqlıq dərəcəsinə görə açıq və ya qapalı sistemlər olaraq təsnifatlaşdırılır. Araşdırma göstərir ki, atribusiyanın şəffaf və ictimaiyyətə açıq olduğu yurisdiksiyalarda meyarlar daha dar və konkret, qapalı prosedurların üstünlük təşkil etdiyi ölkələrdə isə meyarlar daha geniş və təfsirə açıq olur. Mədəni irsin düzgün qurulmuş atribusiya sistemi yeni dəyərləri mədəni irs anlayışında əhatə edəcək qədər elastik olmalı, lakin hüquqi müəyyənliyi və hər hansı bir xalqın və ya millətin mədəniyyətinin təməl dəyərlərini də zəiflətməməlidir. Məqalədə həmçinin Azərbaycan Respublikası kimi atribusiya meyarlarını hələ tam formalaşdırmamış ölkələr üçün dövlətin mədəniyyət siyasəti və mövcud institusional resurslarından asılı olaraq, atribusiya prosesinin təkmilləşdirilməsi istiqamətində tövsiyələr irəli sürülür.


Müəllif : Elnur Kərimov & Mədinə Əliyeva & İnci Möylamlı
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 8

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top