Cinayətin qarşısının alınması dövlətin, cəmiyyətin, fiziki və hüquqi şəxslərin bütövlükdə cinayətə və onun müəyyən növlərinə, xüsusən də yeni şəxslərin cinayətə cəlb olunmasının qarşısını alınmasına məqsədyönlü təsiri olub, cinayət əməllərinin törədilməsinin, ictimai münasibətlərin kriminallaşdırılmasının genişləndirilməsinin vaxtında xəbərdarlıq edilməsinə imkan verir. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə əsasən, cinayətlərin törədilməsinə kömək edən hallar, onların səbəb və şəraitlərinin aşkar edilməsi, həmçinin də onların aradan qaldırılması üzrə tədbirlər görməlidir.
Qiymətləndir