Neqativ davranışa malik zərərçəkmişin şəxsiyyəti barədə Xülasə - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №1 2024

Description:

Əxlaqsız əməl adı altında əxlaqa zidd, ədəbsiz əməl başa düşülür. Bununla əxlaq – ictimai şüurun tənzimlənməsinin ümumsosial əsası kimi çıxış edən və insanların davranışının ictimai cəhətdən zəruri tipini təsdiq edən ictimai şüur və onun təcrübədə həyata keçirilməsinin formasıdır. Əxlaqi tələblər adət, ənənə və ümumi qəbul edilmiş təsəvvürlər formasında ictimai şüurda mövcud olur. Mənəviyyat – insanların sosial həyat fəaliyyətinin müxtəlif formalarında, davranış mədəniyyətində və insanlar arasında qarşılıqlı münasibətlərdə mənəvi idealların, məqsədlərin və mexanizmlərin praktiki təcəssümüdür. Hər bir insan əxlaqi şüur, əxlaqi fəaliyyət və əxlaqi münasibətlər prizmasından dünyaya baxmalıdır. Bu komponentlərin birindən kənara çıxma mənəvi tələblərdən kənara çıxma hesab edilir.


Müəllif : İmamverdi Rəhimov Azərbaycan Respublikası DİN-in Pоlis Akademiyasının “Cinayət hüququ” kafedrasının müəllimi, polis baş leytenantı
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 251

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top