Bu vəsait normativ hüquqi aktların hazırlanması, əsaslandırılması və şərh olunması sahəsində normativ və metodoloji əsasları ehtiva edir. Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində hazırlanmış hazırkı nəşrə daxil olan qaydalar müvafiq sahədə formalaşmış milli təcrübəni, eləcə də beynəlxalq yanaşmaları əks etdirir və normayaratma prosesində iştirak edən subyektlər üçün praktik və elmi-metodoloji mənbədir. Vəsait praktik hüquqşünaslar, dövlət qulluqçuları, hüquqşünas alimlər, vəkillər, ali məktəblərin hüquq fakültələrinin tələbələri və bu sahə ilə maraqlanan digər şəxslər üçün faydalıdır.
Qiymətləndir