İkinci Qababağ müharibәsi (44 günlük müharibә) nәticәsindә Azәrbaycan Ordusunun ölkәmizin әrazi bütövlüyünün tәmin olunması istiqamәtindә hәlledici zәfәrlәr qazanması, tarixi qәlәbәlәr әldә etmәsi ilә torpaqlarımızın işğaldan azad olunması zәruri olaraq hәmin әrazilәrin tezliklә bәrpası, yenidәn qurulması, mәcburi köçkünlәrin öz yurdlarında mәskunlaş dırılması, Ermәnistan Respublikası ilә sәrhәdlәrin delimitasiyası, demarkasiyası mәsәlәlәrinin qәti olaraq hәlli, perspektivdә Qarabağın ermәni әhalisinin ölkәmizin siyasi-hüquq sistemlәrinin әhatәsi hüdudlarına yenidәn qayıtması problemlәrini gündәmә gәtirmişdir. Bütün bunlar isә olduqca mürәkkәb, çoxcәhәtli olan әrazilәrin rekonstruksiya, reinteqrasiyası, sülh quruculuğu anlayışlarının tәhlilini zәruri edir.
Qiymətləndir