Qərbi Avropa dövlətlərində miqrasiya proseslərinin inzibati-hüquqi tənzimlənməsinin xüsusiyyətləri - Azərbaycan Prokuroru Jurnalı (APJ law journal) - 2022

Description:

Məlumdur ki, son 10 il ərzində xüsusilə Yaxın Şərq regionunda hərbi münaqişələrin sayının və əhatə dairəsinin artması həmin bölgədən Avropaya güclü mühacir axını ilə nəticələnmişdir. Avropaya mühacir axını hələ də davam etdiyindən miqrasiya məsələləri öz aktuallığını qoruyub saxlamışdır. Bu səbəbdəndir ki, Avropa ölkələrində miqrasiya qanunvericiliyi son illərdə böyük inkişaf yolu keçmiş, müasir dövrün geosiyasi şəraitinə sürətlə uyğunlaşdırılmışdır. Həmçinin, tələbat nəticəsində Avropanın çoxsaylı ali təhsil müəssisələrində miqrasiya hüququ üzrə magistr və doktorantura proqramları yaradılmış, bu sahəyə daxil olan institutlar daha ətraflı şəkildə tədqiq olunmağa başlanmışdır. Bu məqalədə yeddi ölkənin miqrasiya qanunvericiliyi tədqiq edilmiş, inzibati-hüquqi tənzimlənmə ilə bağlı önə çıxan xüsusiyyətlər göstərilmişdir. Bu araşdırmada dünyada mövcud olan koronavirus pandemiyası və bununla bağlı müvəqqəti qaydalar və məhdudiyyətlər nəzərə alınmayıb və buna görə də normal şəraitdə tətbiq olunan müvafiq ölkələrin miqrasiya qanunvericiliyi təhlil edilib. Ölkələrin miqrasiya qanunvericiliyi ayrı-ayrılıqda, təhlil üsulu ilə öyrənilmiş, bir neçə ölkənin hüquqi müddəaları sintez edilmiş və ümumi nəticələr müəyyən edilmişdir. Bundan başqa, müqayisəli tədqiqat metodundan istifadə etməklə müxtəlif ölkələrin miqrasiya qanunları arasında müəyyən fərqlər müəyyən edilmişdir. Araşdırma zamanı qanunvericilik mənbələrinə istinad dövlətlərin normativ-hüquqi aktlarının rəsmi elektron məlumat bazalarından istifadəyə əsaslanmış və bununla da qanunların ən son variantı əldə edilmişdir.


Müəllif : Elvin Aliyev
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 41

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top