Qloballaşma dövründə miqrasiya problemləri və əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi - Azərbaycan Prokuroru Jurnalı (APJ law journal) - 2022

Description:

Məqalədə qloballaşma dövründə miqrasiya problemləri və əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi məsələləri mühüm beynəlxalq sənədlər və milli qanunvericilik normaları əsasında geniş təhlil edilir. Qeyd edilir ki, müasir dünyada miqrasiya proseslərində iştirak edən ən həssas əhali qruplarından birinə, məhz əlilliyi olan şəxslər daxildir. Bunu nəzərə alaraq, hazırda əlilliyi olan şəxslərin hüquqları və qanuni maraqlarının müdafiəsini, onlara qarşı ayrı-seçkiliyin qarşısının alınmasını, həmçinin onlara müasir səviyyədə diqqət və qayğının göstərilməsini təmin edən müvafiq beynəlxalq hüquqi mexanizmlər (mühüm beynəlxalq sənədlər və təşkilati strukturlar) formalaşdırılır və təkmilləşdirilir. Məqalədə belə nəticəyə gəlinir ki, görülən əhəmiyyətli fəaliyyətin məntiqi davamı olaraq, yaxın gələcəkdə dövlətimizdə qeyri-qanuni miqrasiya da daxil olmaqla, miqrasiya sahəsində münasibətlərin səmərəli tənzimlənməsi və mövcud olan problemlərin həll edilməsi istiqamətində də beynəlxalq sferada mühüm fəaliyyətlər həyata keçiriləcəkdir. Bura dövlətimizin qeyd edilən sahədə beynəlxalq mexanizmlərlə sıx əməkdaşlığı, regional və ikitərəfli beynəlxalq müqavilələrin imzalanması, mühüm beynəlxalq tədbirlərin keçirilməsində yaxından iştirak və s. kimi məsələlər daxil edilə bilər. Bundan başqa, miqrasiya problemi əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə də ciddi təsir etdiyindən, bu istiqamətdə də kompleks tədbirlərin həm beynəlxalq hüquq, həm də milli hüquq çərçivəsində qəbul edilməsi zəruridir. Burada ilk növbədə, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üzrə qəbul edilməsi zəruri olan BMT Baş Məclisinin qətnamələrini, Əlilliyi olan şəxslərin hüquqları üzrə BMT Komitəsinin bir sıra tövsiyələrini, nəhayət, regional beynəlxalq təşkilatlar çərçivəsində bir sıra beynəlxalq sənədləri və s. qeyd etmək olar. Nəhayət, miqrasiya proseslərinin tənzimlənməsi, eləcə də əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi kimi iki mühüm istiqamətdə qəbul edilmiş beynəlxalq sənədlərin müddəaları əsas götürülməklə həm qanunvericilik, həm də təşkilati mexanizmlər səviyyəsində milli sistemlərin təkmilləşdirilməsi, son nəticədə isə, qeyd edilən sahədə ictimai nəzarət olaraq qeyri-hökumət təşkilatlarının fəaliyyətinin aktivləşdirilməsi zəruridir.


Müəllif : Səbinə Əliyeva
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 54

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top