Sığorta mübahisələrinin hüquqi tənzimlənməsi - Azərbaycan Vəkili Jurnalı №25 (2025)

Description:

Sığorta münasibətləri tarixən heç də XX əsrdə yaranan münasibətlər olmadığı kimi, tənzimlənməsi də daha qədim dövrləri əhatə etmişdir. Ölkəmizdə sığorta Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövründə təşəkkül tapmış, Azərbaycan SSR Mülki Məcəlləsində normativ tənzimlənməsi nəzərdə tutulmuş, lakin yalnız dövlət şirkəti tərəfindən tətbiq edilmiş münasibətlər kimi formalaşmışdır. Müasir dövr qanunvericiliyi çərçivəsində isə 2008-ci ilə qədər olan dövrdə ayrıca qanun və ya qaydalarla tənzimlənən sığorta münasibətləri özəl sığortaçılığın təşəkkülündə mühüm rol oynamışdır. “Sığorta fəaliyyəti haqqında” Qanunun qüvvəyə minməsi ilə requlyativ çərçivə müəyyən edilmiş və sığorta münasibətlərində korporativləşmə tələbləri tənzimlənmişdir. Sığorta mübahisələrinin tənzimlənməsi isə sırf Mülki Məcəllənin 50-ci fəslində yenidən işlənməsi ilə təkmilləşmişdir. Sığorta münasibətlərinin inkişafı digər mülki münasibətlərdə olduğu kimi müqavilədən irəli gələn iddiaların ortaya çıxması ilə yadda qalır. Sığorta münasibətlərinin həmçinin özünəməxsus spesifikliyi də mövcuddur. Belə ki, sığorta münasibətləri tənzimlənərkən sığorta müqaviləsi bağlayan şəxslərlə sığortaçılar arasında bir sıra mübahisələr də ortaya çıxa bilir. Misal üçün, azadolma məbləğlərinin tətbiqi, hadisələrin dairəsi, müqavilənin qüvvədə olması müddətləri və bir sıra digər iddialar bu münasibətlərin spesifikliyindən irəli gəlməklə formalaşır. Hər bir halda sığorta mübahisələri sığorta müqaviləsinin bağlanması anından müqavilənin qüvvədə olduğu müddətdə baş verən hadisələrə münasibətdə daha dinamik nəzərə çarpır.


Müəllif : Şəhriyar Həbilov
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 22

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top