Sağlam ətraf mühit hüququnun informasiya hüquqi təminatı: müasir hüquqi tendensiyalar - Azərbaycan Prokuroru Jurnalı, 2024

Description:

Konstitusion qaydada təsbit olunan sağlam (və ya əlverişli) ətraf mühitdə yaşamaq hüququ hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququnu ehtiva edir. İnsan inkişafının əsasında onun sağlamlığının qorunması dayanır ki, bunu ekoloji cəhətdən təmiz ətraf mühit olmadan təsəvvür etmək mümkün deyil. Məhz ona görə də yalnız fərdlərin deyil, xalqların toplu şəkildə əlverişli ətraf mühit hüququ üçüncü nəsil hüquqlardan biri kimi tanınır. Təsadüfi deyil ki, Davamlı İnkişaf Məqsədlərinin əksəriyyəti bu hüququn qorunmasını ön plana çəkir (6, 7, 13, 14-, 15-ci DİM-lər). Rəqəmsal texnologiyaların inkişaf etdiyi bir dövrdə əlverişli ətraf mühit hüququnun informasiya hüquqi təminatı üçün də yeni tendensiyalar və eləcə də ətraf mühitə dair informasiya almaq hüququna yeni hüquqi yanaşma formalaşmışdır. Həm aktiv, həm də passiv tərəfi ilə xarakterizə olunan bu hüququn təminatı beynəlxalq və milli-hüquqi tənzimləmənin predmetini təşkil edir. Məqalədə əlverişli ətraf mühit hüququ ilə əlaqəli formada təhlillər əsasında müxtəlif məhkəmə işləri tədqiq olunaraq, beynəlxalq yurisdiksiyada müdafiə mexanizmləri ilə bağlı əsas məqamlar araşdırılmış, paralel olaraq milli təcrübədə olan çətinliklərin aradan qaldırılması ilə bağlı təkliflər təqdim olunmuşdur


Müəllif : Gülnaz Rzayeva, Elnur Hümbətov, Nəzrin Əliyeva
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 39

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top