Siyasi-hüquqi mədəniyyətin formalaşması və inkişafında xarizmatik lider amili - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №1 2024

Description:

İstənilən mədəniyyət, o cümlədən də siyasi və hüquqi mədəniyyət şüurun və real davranışın elementlərinin üzvü vəhdətindən ibarətdir. Cəmiyyətin siyasi-hüquqi mədəniyyəti toplumun və hər bir fərdin mövcud siyasi sistemə, hakimiyyətə, siyasi liderə, hüquqa, onun institutlarına və normalarına münasibətini və davranışını əks etdirdiyi kimi, eyni zamanda liderin də xalqa, ayrı-ayrı sosial qruplara, əks düşüncəliliyə, demokratiya və onun prinsiplərinə (hakimiyyətlərin bölgüsünə, azad və ədalətli seçkilərə, vətəndaşların siyasi iştirakına, söz azadlığına və s.), hüquqa, insan hüquq və azadlıqlarının müdafiəsi və realizəsi məsələlərinə münasibəti və davranışını səciyyələndirir. Məqalədə siyasi liderin xarizmasının cəmiyyətin siyasi və hüquqi mədəniyyətinin formalaşmasına və səviyyəsinə təsiri məsələləri araşdırılır, bütövlükdə xarizmatik lider anlayışının məzmun və mahiyyətinin açılıb göstərilməsinə cəhd edilir


Müəllif : İsmayılov X.C.
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 160

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top