Hər bir xalqın gələcəyi potensial olaraq gənc nəsildən asılıdır, ona görə də uşaq hüquqlarının müdafiəsi birmənalı olaraq müasir dövrümüzün əsas vəzifəsidir və onun həllində bütün dünya dövlətləri maraqlı olmalıdır. Uşaq hüquqlarının özəlliyi uşaqların azad və hərtərəfli inkişafı üçün imkanlar və əlverişli şərait yaratmaq üçün onların xüsusi müdafiəyə ehtiyacının olmasıdır. Bu gün beynəlxalq insan hüquqları sisteminin mühüm göstəricilərindən biri də uşağın həm doğuşdan əvvəl, həm də doğuşdan sonra xüsusi müdafiə və qayğıya, o cümlədən zəruri hüquqi yardıma ehtiyacı olduğunun, eləcə də onun hüquq subyekti kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır. Məqalənin yazılması zamanı uşaq hüquqlarının müdafiəsi üzrə prinsiplərin dairəsi müəyyən olunmuş, uşaq hüquqlarının müdafiəsi üzrə beynəlxalq normaların milli qanunvericiliyə tətbiqi üzrə təklif və tövsiyələr təqdim edilmişdir.
Qiymətləndir