Məqalədə müəlliflər tərəfindən müasir dövrdə vətəndaş cəmiyyətində sosial hüquqların həyata keçirilməsi tədbirlərinin hüquqi təbiəti, tibbi-psixoloji mahiyyəti, fəlsəfi-hüquqi aspektləri və s.məsələlər nəzərdən keçirilir. Sosial hüquqlar anlayişı iki mənada işlədilir: subyektiv mənada, obyektiv mənada. Subyektiv mənada sosial hüquqlar dedikdə vətəndaşların qanunvericilik aktları əsasında malik olduqları potensial sosial-hüquqi imkanlar başa düşülür. Obyektiv mənada sosial hüquq dedikdə isə əhalinin sosial təminatı və sosial müdafiəsi, vətəndaşların sosial hüquqlarının həyata keçirilməsi, şəxslərin həyat səviyyəsinin yüksəldilməsi, sağlamlığın qorunması, sosial tərəfdaşlıq, sosial dialoq və digər sosial məsələlərlə əlaqədar yaranan ictimai münasibətləri tənzimləyən hüquq normalarının məcmusu ehtiva olunur.
Qiymətləndir