Xarici məhkəmə qərarlarının tanınması və icrası: qanunvericilik və beynəlxalq məhkəmə təcrübəsi - Azərbaycan Hüquq Jurnalı №3 (2025)

Description:

Xarici məhkəmə qərarlarının tanınması və icrası beynəlxalq mülki prosesin əsas məsələlərindən biridir. Müasir dövrdə beynəlxalq ticarət və iqtisadi münasibətlərin genişlənməsi, fiziki və hüquqi şəxslərin transmilli xarakterli fəaliyyətinin artması xarici məhkəmə qərarlarının tanınması və icrası institutunun aktuallığını əhəmiyyətli dərəcədə artırmışdır. Məqalədə xarici məhkəmə qərarlarının tanınması və icrası institutunun nəzəri və praktiki aspektləri kompleks şəkildə təhlil edilir. Xarici məhkəmə qərarların tanınması və icrası sahəsində müxtəlif hüquq sistemlərinin yanaşmaları və mexanizmləri müqayisəli şəkildə təhlil edilmişdir. Tədqiqatda Azərbaycan Respublikasının milli qanunvericiliyi, beynəlxalq hüquq normaları və müqayisəli məhkəmə təcrübəsi geniş şəkildə araşdırılır. Xüsusilə, xarici məhkəmə qərarlarının tanınması və icrası üçün zəruri olan şərtlər, bu proseslərin həyata keçirilməsi mexanizmləri, habelə dövlətlərin suverenliyi ilə fərdi hüquq və azadlıqların qorunması arasında tarazlığın təmin edilməsi məsələləri araşdırılır. Tədqiqatda nəzəri anlayışlara, tanıma və icra proseslərinin bir-birindən fərqləndirilməsinə, ekzekvatura institutunun hüquqi mahiyyətinə, qarşılıqlıq prinsipinə və beynəlxalq müqavilələrin roluna xüsusi diqqət yetirilir. Həmçinin xarici məhkəmə qərarlarının tanınması və icrasından imtina edilməsinin hüquqi əsasları, ümumi qaydanın (ordre public) qorunması və prosessual hüquqların təmin olunması kimi əsas məsələlər ətraflı təhlil edilir. Məqalədə beynəlxalq məhkəmə təcrübəsinə geniş yer ayrılmış, Avropa İnsan Hüquqları Məhkəməsinin, Avropa İttifaqı Ədalət Məhkəməsinin, Amerika Birləşmiş Ştatları, İngiltərə, Yaponiya və digər Asiya ölkələrinin məhkəmələrinin presedent qərarları sistemli şəkildə təhlil olunmuşdur. Müxtəlif hüquq sistemlərində xarici məhkəmə qərarlarının tanınması və icrası institutunun formalaşması və inkişaf mərhələləri, müasir yanaşmalar və gələcək inkişaf istiqamətləri araşdırılmışdır. Bununla yanaşı, bu sahədə mövcud olan əsas problemlər, beynəlxalq əməkdaşlığın genişləndirilməsinin zəruriliyi və normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətləri müzakirə olunur.


Müəllif : Gürşad Abbasov
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 13

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top