Ümumiləşdirərək bildirmək istəyirəm ki, yaşayış sahəsinə, habelə saxlanc yerlərinə qanunsuz daxil olmaqla quldurluq yolu ilə törədilən talama cinayətlərinin cinayət prosessual aspektlərini nəzərdən keçirərək ibtidai və məhkəmə istintaqı dövrlərində işin gedişatını ləngidən problemlər, həmin problemləri yaradan səbəb və şərait və onların aradan qaldırılması yolları bu məqalədə göstərilib. Bu məqalədə irəli sürülən fikirlər və həll yolları cinayət və cinayət-prosessual qanunvericiliyin, istintaq-məhkəmə təcrübəsinin təkmilləşdirilməsində istifadə oluna bilər.
Qiymətləndir