Yerli özünüidarə sahəsində standartlaşdırmanın mübahisəli məsələləri - "Hüquqi elmlər və təhsil" jurnalı (Юридические науки и образование) № (79) 2025

Description:

Məqalə yerli özünüidarənin standartlaşdırılmasının mübahisəli problemlərinin öyrənilməsinə həsr olunmuşdur. Tədqiqatın nəticəsində Konstitusiyanın bələdiyyələrin hesabatlarının Milli Məclisin sessiyalarında dinlənilməsinə dair normasının praktikada tətbiqinin mümkünsüzlüyü, habelə mülkiyyət hüququnun yaranması və tətbiqi ilə bağlı münasibətləri tənzimləyən normaların Avropa Xartiyası ilə təsbit olunmaması səbəbindən bələdiyyələrin iqtisadi fəaliyyətinin standartlaşdırılması sahəsində ciddi problemlərin mövcudluğu müəyyən olunmuşdur. Müəllifin fikrincə, yerli özünüidarənin standartlaşdırılmasının nəticəliliyi Avropa Xartiyasının çərçivə normalarının təkmilləşdirilməsindən, beynəlxalq və milli bələdiyyə hüquq normaları arasında kolliziyaların aradan qaldırılmasından asılıdır.


Müəllif : Hüseynov S.Z.
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 26

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top