20‐ci əsrin sonu Azərbaycan Respublikası üçün müstəqilliyin bərpa olunması və onun beynəlxalq qanunvericilik prosesinə tam hüquqlu iştirakçı kimi qoşulması ilə səciyələnir. Bu proses dövlətimiz tərəfindən beynəlxalq hüququn subyekti olaraq öz üzərinə öhdəliklərin götürülməsi və beynəlxalq hüquq normalarının dövlətdə tətbiq edilən normativ‐ hüquqi aktlar sırasına daxil edilməsi ilə müşayət olunurdu. Bu beynəlxalq hüquq normaları ilə dövlətdaxili hüquq normalarının qarşılıqlı əlaqəsini dahada aktuallaşdırmış və bunun üçün lazımi şərainin yaradılmasını gündəmə gətirmişdir.
Müəllif :
Turqay İ. Hüseynov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru
Nəşr tarixi : 2013
Korrupsiyanın geniş mövzu olduğunu nəzərə alaraq, yazının məqsədi, adından da göründüyü kimi, məqalə çərçivəsində yalnız özəl və biznes sahələrində (özəl və dövlət kommersiya və özəl qeyri‑kommersiya qurumlarında) baş verən korrupsiya hallarının və onlarla əlaqədar digər halların qeyri‑dövlət, yəni hüquq‑mühafizə orqanlarının prosessual səlahiyyətlərindən kənar müstəvidə və səviyyədəaraşdırılması prosesində sübutetmə yükü məsələlərini əhatə etmək və onları təhlil etməklə məhdudlaşmaqdır.
Müəllif :
Teymur Əliyev - Vəkillər Kollegiyasının üzvü
Nəşr tarixi : 2020
Xarici hüquq ədəbiyyatında DNT profilinin əldə edilməsinin fərdin şəxsi həyatının toxunulmazlığı hüququnun pozulmasına səbəb olub‑olmamasıəsas müzakirə mövzularından biridir. DNT analizlərinin aparılmasını həm hadisə yerindən götürülmüş nümumələrin (cinayət izlərinin) ekspertizası kimi, həm də şəxsi (bədən) müayinəsi istintaq hərəkətinin davamı kimi qiymətləndirildiyini demək olar.
Müəllif :
Xalıq Dadaşzadə - Hüquqşünas
Nəşr tarixi : 2021
Evlənmə öhdəliyi, nişanlıların evlənmək üçün lazım olan müraciətlərin edilməsini və son mərhələdə evlənmə iradəsinin qeydiyyat orqanlarına bildirilməsini ehtiva edir
Müəllif :
İntiqam Hacıyev - Vəkillər Kollegiyasının üzvü
Nəşr tarixi : 2021
Məqalədə Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarının 2017 və 2018-ci illərdə cinayətkarlığa qarşı mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin nəticələrinə dair yekun təhlilinə diqqət yetirilmiş, həmçinin ekoloji cinayətlərlə bağlı xarici ölkələrin qanunvericiliyinin müqayisəli təhlili aparılmışdır
Müəllif :
A.E. Qasımov, Ş.Ə. Hüseynova Milli Aviasiya Akademiyası
Nəşr tarixi : 2019
Целью этого исследования является анализ и изучение особенностей зарубежного, в частности, украинского опыта, касающегося формирования на законодательном уровне института бесплатной правовой помощи в процессе строения аналогичного (перспективного) законодательства в Республике Азербайджан.
Müəllif :
А.Р. Багиров Коллегия адвокатов, Судебно-правовой совет по отбору судей Азербайджанской Республики
Nəşr tarixi : 2019
Данная статья посвящена описанию основных аспектов, этики и философии ненасилия как средства противодействия молодежному экстремизму и насильственной преступности. Выявлено, что подростковую агрессивность и склонность к насилию нельзя сводить только к недостаткам учебно-воспитательной работы, слабостью охраны образовательных учреждений. В результате проведенного анализа можно останавливатся на одном аспекте проблемы - дефиците знаний об этике ненасилия в нравственном формировании подрастающего поколения
Müəllif :
Л.М. Колодкин Академия Управления Министерства Внутренних Дел России
Nəşr tarixi : 2019
Məqalədə qeyd olunur ki, hüquq elmi birdən-birə və yaxud təsadüf nəticəsində yaranmamışdır. Onun meydana gəlməsinə və inkişafına təbii-tarixi proseslərin, o cümlədən bəzi mühüm ictimai hadisələrin böyük və mühüm təsiri olmuşdur. Hüquq elmi hüququn əmələ gəlməsini, inkişafını və fəaliyyətini xronoloji ardıcıllıqla öyrənir. Bu, həm də müxtəlif tarixi dövrlərdə yaranmış ayrı-ayrı dövlətlər çərçivəsində öyrənilir. Belə ki, hüquq elminin tarixinin müxtəlif mərhələlərində həmin elmin məzmununda, predmetində və strukturunda müvafiq dövrün (ictimai formasiyanın) tələblərinə uyğun surətdə müəyyən dəyişikliklər baş vermişdir.
Müəllif :
Z.Ə. Məmmədov AMEA, Elm Tarixi İnstitutu
Nəşr tarixi : 2019
Məqalədə göstərilir ki, multikulturalizmin təmin olunmasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin özünəməxsus rolu vardır. Belə ki, məhz Nazirlər Kabineti və onun əlaqədar strukturları multikulturalizmin təmin olunması ilə bağlı əlaqədar icra hakimiyyəti orqanları və ayrı- ayrı təşkilatların fəaliyyətini əlaqələndirir, zərurət yarandıqda onların fəaliyyət prinsiplərini və istiqamətlərini müəyyən edir, bununla da multikulturalizmin normal inkişafı təmin olur
Müəllif :
T.Ş. Şahbazov Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2019