Silahlı qüvvələrin qarşısında duran xidməti və döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsi üçün zəruri olan şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin formalaşdırılması və saxlanmasında şəxsi heyət, xidmət və digər idarəetmə orqanları və vəzifəli şəxslərlə işləmək.Yuxarıda göstərilən tərifdən belə nəticəyə gələ bilərik. şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti MPT-n əsas məqsədlərindən biridir, deməli, İndiki dövrdə isə müasir təcrübənin təsdiq etdiyi kimi, qoşunların mənəvi-psixoloji vəziyyətinin real qiymətləndirilməsi olmadan hərbi komandaların gündəlik fəaliyyətində mənəvi-sosial prosesləri uğurla idarə etmək, hərbi sahədə yeni keyfiyyət parametrlərinə keçmək mümkün deyil. qoşunların fəaliyyəti, düşmən üzərində mənəvi üstünlüyə nail olmaq və hərbi əməliyyatlara birləşmələrə, bölmələrə və bölmələrə düzgün rəhbərlik etmək, döyüşün ehtimal olunan nəticələrini proqnozlaşdırmaq.
Müəllif :
Namiq Şamxalov - Heydər Əliyev adına Hərbi İnstitutun “NATO/Sülh naminə tərəfdaşlıq və Humanitar fənlər” kafedrasının baş müəllimi, polkovnik-leytenantı
Nəşr tarixi : 2023
Hüquqi sistemlərin yaxınlaşmasına və vahid hüquqi məkanın yaradılmasına xidmət edən beynəlxalq hüquqi əməkdaşlığın mühüm ünsürünü beynəlxalq hüquqi yardım təşkil edir. Əslində hüquqi yardım konkret məsələnin həlli istiqamətində hüquqi əməkdaşlığı ifadə edir və milli hüquq sistemlərinin əməkdaşlığına xidmət edir. Eyni zamanda beynəlxalq hüquqi yardım “dövlətlərin beynəlxalq hüquq normalarına uyğun olaraq əməkdaşlıq etmək üzrə hüquqi öhdəliklərinin realizəsinin hüquqi formasını təşkil edir”
Müəllif :
h.ü.f.d. Sima Süleymanlı
Nəşr tarixi : 2023
Dövlətin xarici diplomatik nümayəndəliklərinin və onların personalının statusunu, toxunulmazlığı məsələlərini müəyyən edən beynəlxalq hüquqi sənədlərin analizi yerləşmə dövlətlərinin bu xarici əlaqə orqanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öhdəliklərini aşağıdakı şəkildə ümumiləşdirməyə əsas verir.
Müəllif :
h.e.f.d. Həcər Qasımova
Nəşr tarixi : 2023
18 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbulundan sonra Azərbaycan Respublikasının müstəqil inkişaf mərhələsinə qədəm qoyan sosial sığortanın sisteminin tərkib hissəsi kimi sosial sığortanın əsas forması olan məcburi dövlət sosial sığortası mühüm əhəmiyyətə malikdir. Hazırki məqalə çərçivəsində məhz Azərbaycan Respublikasının məcburi dövlət sosial sığortasının tətbiqi məsələlərindən bəhs olunacaqdır.
Müəllif :
Kamran Ağamoğlanov - BDU-nun “Əmək və ekologiya hüququ” kafedrasının doktorantı
Nəşr tarixi : 2023
Mənəvi zərər anlayışı Azərbaycan Respublikasının qanunvericiliyində yeni bir anlayışdır. Yeni anlayış olsa da, artıq bu insitut hər kəsə məlumdur. Bütün bunları məhkəmə təcrübələri də təsdiq edir. Mənəvi ziyanın ödənilməsi demokratik cəmiyyətin tələbidir. Bütün bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, mənəvi zərər mövzusu həm nəzəri, həm də praktiki əhəmiyyətə malikdir. Mövzunun aktuallığı ondan ibarətdir ki, praktikadan əlavə olaraq nəzəriyyədə də bu sahədə problemlər var.
Müəllif :
Şükür Yusifov - hüquq üzrə fəlsəfə doktoru, dosent, Ramazan Əsgərxanov - AR Dövlət Gömrük Komitəsinin Akademiyasının IV kurs tələbəsi
Nəşr tarixi : 2023
İnsan hüquqları, şəxsin sırf insan deyilən ləyaqətli, şüurlu və sərbəst iradəli varlıq olduğuna görə, hər yerdə və hər kəsə qarşı yönəldilə bilən, şəxsin-qorunan qalası olan və onu digər şəxslərə, cəmiyyətə və dövlətə qarşı qoruyan, bununla belə, həm dövlətə öhdəlik qoyan, həm də hüquq sahibinə də bəzi öhdəliklər yükləyən hüquqlardır.
Müəllif :
Aygül Cahangirova - BDU-nun “İnsan hüquqları və YUNESCO” kafedrasının doktorantı
Nəşr tarixi : 2023
Hüquqyaratma və hüquqyaradıcılığı anlayışı fərqli anlayışlardır. Hüquqyaradıcılığı daha geniş anlayışdır və hüquqyaratma hüquqyaradıcılığının hissəsi kimi çıxış edir. Hüquq yaradıcılığı yalnız dövlət tərəfindən normativ aktların qəbulu yolu ilə formalaşdırılmır. Onun formalaşdırılmasında digər - sanksiyalaşdırılmış adətlər, dini ehkamlar, kanonlar, elmi doktrinalar, müqavilələr kimi vasitələr məlumdur ki, onların da hamısı hüququn bütün inkişafı boyu onu bu və ya digər dərəcədə zəngilləşdirməkdə davam edirlər. Hüquyaradıcılığının əsas elementi hüquqyaratma olaraq qalır ki, onun da əhəmiyyəti ictimai münasibətlər inkişaf etdikcə ölkə daxilində və xaricində hüquqi tənzimləmə sferaları genişləndikcə artır.
Müəllif :
Sona Əliyeva - Bakı Dövlət Universiteti Hüquq fakültəsi Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının magistrantı
Nəşr tarixi : 2022
Hakimiyyətlərin bölünməsi prinsipi ilk dəfə İngilis İnqilabı zamanı burjuaziyanın feodal absolutizminin artan səviyyəsi ilə mübarizə nəticəsində ortaya çıxmışdı. Burjuaziyanın ideoloqları monarxiyanı məhdudlaşdırmağa və dövlət hakimiyyətini xüsusi qollara bölməyə çalışırdılar. Məsələn, Lilbernə görə, hakimiyyətin qəsb edilməsinin qarşısını almaq və insanların azadlığını qorumaq üçün kütləvi güc bir əldə cəmlənməməlidir.
Müəllif :
Mustafakamal Hüseynov - Bakı Dövlət Universiteti Hüquq fakültəsi Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının magistrantı
Nəşr tarixi : 2022