Məqalədə tibb hüququnun ayrı-ayrı institutlarının “əsas hüquqlar” kateqoriyasında konstitusiya qaydası ilə təminat altına alınmasının əhəmiyyəti qeyd edilir. Tibb hüquqlarının tənzimlənməsində “əsas hüquqlar” Konstitusiyanın ümumi qaydasını formalaşdırmaqla diqqətə gətirilir. Bu hüquqlar bir tərəfdən insan hüquq və azadlıqlarına münasibətdə dövlətin öhdəlik, vəzifə funksiyasının istiqamətini müəyyən edirsə, digər tərəfdən fərdlərin beynəlxalq hüquq təsisatlarına müraciəti üçün qanunvericilik əsaslarının formalaşdırılmasını tələb edir.
Müəllif :
P.F.İsmayılova - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2023
Cinayət qanunvericiliyinin təkmilləşdirilməsi daimi və sonsuz bir işdir. Bu işin səmərəli şəkildə həyata keçirilməsi üçün rəsmi dövlət orqanları ilə yanaşı, hüquq tədqiqatçılarının da üzərinə böyük vəzifə düşür. Baxmayaraq ki, qüvvədə olan Cinayət Məcəlləsinin əksər müddəaları kifayət qədər təkmildir, bəzən onların arasında əlavə və düzəlişlərə ehtiyacı olan normalara da rast gəlmək olur. Məqalədə maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətinin hərbi xidmət əleyhinə cinayət növü kimi həmin normanın təhlili və onların əsasında boşluqların müəyyən edilməsi və həmin boşluqların aradan qaldırılması, həmçinin qanunvericiliyin bu sahədə mövcud problemlərinin həlli yolları işlənib hazırlanmışdır.
Müəllif :
X.R.Vəliyev - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2023
Məqalədə qeyd olunur ki, qanun gender bərabərliyinin təmin edilməsi ilə bağlı siyasətin müəyyən edilməsi və onun həyata keçirilməsi üçün müvafiq tədbirlərin görülməsi vəzifələrini dövlətin üzərinə qoyur. Gender bərabərliyi problemlərini hədəfləyən dövlət proqramlarının qəbul edilməsi dövlətin həqiqətən də bu istiqamətdə tərəqqiyə olan marağını və iradəsini ifadə edir. Tərəqqinin əldə edilməsi bu cür proqramların qəbul edilməsi ilə yanaşı onların nəzərdə tutulan hədəflərə müvafiq qaydada həyata keçirilməsini, dəyişən mühitə uygunlaşdırılmasını və yenilənməsini də tələb edir. Məqalədə qeyd olunur ki gender bərabərliyinin təmin edilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir, gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı öz fəaliyyəti haqqında Azərbaycan Respublikasının Milli Məclisinə illik məlumat təqdim edir.
Müəllif :
Ə.Q.Məmmədov - Bakı Dövlət Universiteti
A.E.Qibləliyeva - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2023
Məqalədə qeyd olunur ki, insan hüquqlarının təmin edilməsi özünün xüsusi beynəlxalq hüquqi spesifikliyinin olması, beynəlxalq hüquq sistemi çərçivəsində insan hüquqlarının ayrıca norma və prinsiplərinin formalaşması ilə xarakterizə olunmaqla inkişaf etdirilməlidir. Bu isə insan hüquqları sferasında dövlətlərin məsuliyyəti, dövlətlərin insan hüquqları beynəlxalq normativ-hüquqi bazanın daha da zənginləşməsini, hüquq normalarının bərqərar olmasını, sferasında öhdəliklərinin dəqiq müəyyən edilərək beynəlxalq nəzarət mexanizmlərinə söykənməsi və s. kimi mühüm elementləri özündə birləşdirməlidir.
Müəllif :
T. İ. Hüseynov - Bakı Dövlət Universiteti
A. A. Cahangirova - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2023
Məqalədə qeyd edilir ki, dünya dövlətlərinin məhkəmələrinin təcrübəsi göstərir ki, onlar beynəlxalq hüquq normalarını getdikcə daha geniş tətbiq edirlər. Bu isə beynəlxalq inteqrasiyanın getdikcə daha da dərinləşməsi, beynəlxalq hüququn obyektiv və subyektiv sərhədlərinin genişlənməsi, onun nizamasalma predmetinə əvvəllər milli hüququn nizamasalma predmetinə daxil olan bir sara sahələrin daxil olması ilə əlaqədardır. Beynəlxalq öhdəliklərin həcmi və mürəkkəbliyi artır və onların həyata keçirilməsinə dövlət orqanlarının daha geniş dairəsi qarışmalı olur. Dövlət orqanlarının beynəlxalq hüquq normalarının həyata keçirilməsi üzrə təşkili və fəaliyyəti milli hüquqla tənzim olunur. Beynəlxalq hüquqa gəlincə, o bütövlükdə dövlətin üzərinə öhdəlik qoyur. Dövlət isə öz orqanlarının beynəlxalq hüquq normalarının həyata keçirilməsi üçün lazımi tədbirlər görməsini təmin etməlidir.
Müəllif :
N.H.Mehdiyev - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2023
Təqdim edilən məqalədə cinayət prosesinin qanunçuluq və ədalətli müdafiə hüququ kimi mühüm prinsiplərinin həyata keçirilməsində əməliyyat-axtarış fəaliyyətinin imkanlarından istifadənin bəzi problemləri araşdırılır. Əməliyyat-axtarış və prosessual qanunvericiliyin tələblərinə cavab verən əməliyyat materiallarından sübut kimi istifadə edilə bilər ki, bu da öz növbəsində obyektiv olaraq yuxarıda göstərilən prinsiplərin həyata keçirilməsinə xidmət edir. Müəllifin fikrincə, bu problem ilk növbədə öz həllini əməliyyat-axtarış fəaliyyətinin gedişində əməliyyat-axtarış qanunvericiliyinin tələblərinə ciddi riayət edilməsində tapır. Çünki bu tələblərə əməl edilməməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən onlardan cinayət prosesində istifadə edilməsini mümkünsüz edir. Məqalədə həmçinin əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin təkmilləşdirilməsinə dair bir sıra təkliflər də öz əksini tapmşdır.
Müəllif :
B.M.Əsgərov - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2023
Məqalədə təhlükəsizliyin təmin olunmasının iki əsas konsepsiyasına diqqət yönəlir, dövlət təhlükəsizliyinin dövlətdaxili və xarici təhlükəsizliklə bağlı olduğu qeyd olunur və bu kontekstdə əməliyyat-axtarış fəaliyyətinin rolundan, sonuncunun qədim dövrdə Azərbaycanda və digər Şərq dövlətlərində mövcudiyyətindən, tarixi hadisələr və faktlar timsalında həmin fəaliyyətin ayrı-ayrı növlərindən və bəzi spesifik xüsusiyyətlərindən (məxfiliyin qorunması məsələlərindən) bəhs olunur və əsas diqqət sözügedən fəaliyyətin siyasi axtarış növünə yönəlir, onun hələ qədim dövrdə mövcud olduğu və o zamanki qanunvericilikdə öz əksini tapdığı vurğulanır və bununla bağlı bəzi mühüm məsələlər (dövləti cinayətlərlə, onun ayrı-ayrı təzahürləri ilə - separatçılıqla mübarizə məsələləri) araşdırılır.
Müəllif :
E.Q.Nəbiyev - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2023
В статье рассматриваются вопросы значимости общей и профессиональной культуры судебного оратора в усвоении основ ораторского искусства. Культурной речью считается грамматическая и логическая правильность, которая относится к смысловой точности, богатству и разносторонности словарного запаса и отвечает существующим в настоящее время нормам правильного произношения и ударения.
Müəllif :
А.А.Гасымов, - Бакинский Государственный Университет
М.С.Гафаров - Бакинский Государственный Университет
Nəşr tarixi : 2023
Məqalədə “hüququn aliliyi” və “qanunun aliliyi” anlayışlarının qarşılıqlı əlaqəsi təhlil edilir və həmin terminlərin qanunvericilikdə müxtəlif mənada ifadəsinin düzgün tətbiqi və eyniləşməsinə dair müvafiq fikir mübadiləsi aparılır. Qeyd olunan terminlərin müqayisəsi aparılmaqla “hüququn aliliyi”nin universal etibarlılıq konsepsiyası olaraq həm beynəlxalq, həm də milli hüququn prinsipi kimi qiymətləndirilməsi aparılır. Məqalədə, həmçinin “hüquqi dövlət” anlayışları ilə Azərbaycan Respublikası Konstitusiyasının bəzi müddəaları arasında iddia edilən ziddiyyətlər araşdırılır və onların aradan qaldırılması imkanları təklif edilir. Qanunun hüquqa, xüsusən də beynəlxalq müqaviləyə uyğun gəlməməsi ehtimalına beynəlxalq məhkəmə orqanlarının təcrübəsi öyrənilir. Qeyd olunan terminlərin qarşılıqlı təhlilin nəticəsiləri irəli sürülür.
Müəllif :
T.İ.Hüseynov - Bakı Dövlət Universiteti
U.M.Məmmədov - Hüquq və İnsan Haqları İnstitutu
Nəşr tarixi : 2023
Məqalədə, 1920-ci ildə Rusiyanın XI ordusunun hərbi təcavüzü nəticəsində süqut etdirilən Azərbaycan Xalq Cümhuriyyəti”nə (AXC) qarşı həyata keçirilmiş ərazi dəyişikliyinin beynəlxalq hüquq baxımından əhəmiyyətsizliyi təhlil edilir. Rusiyanın Azərbaycana hərbi müdaxiləsindən sonra Moskva hakimiyyəti tərəfindən Azərbaycanda törədilən çox sayda beynəlxalq cinayətlər Azərbaycan Respublikası üçün AXC-nin kontinuitetini əsaslandırması qeyd edilir. AXC-nin ərazilərinin, o cümlədən Zəngəzurun Ermənistana verilməsinin qanunsuz olması və bu anlamda həmin əraziyə münasibətdə Ermənistan üçün müasir beynəlxalq hüquq baxımından “dövlətlərin ərazi bütövlüyü” prinsipinin keçərli olmadığı əsaslandırılır. Bu gün mübahisəsi gedən ərazilərin delimitasiya və demarkasiyasının “Versal hüququ” ilə təmin edilməsi əsasları nəticəsi verilir və qeyd edilir ki, Azərbaycana münasibətdə “Versal hüququ” yalnız bir halda istisna edilə bilər. Əgər predmetini ərazi məsələləri də təşkil edən Azərbaycan Respublikası ilə Ermənistan arasında sülh müqaviləsi bağlanarsa, o halda Azərbaycan Xalq Cümhuriyyətinin də beynəlxalq hüquq subyektliyini əsaslandırmış “Versal hüququ” dayandırılmış ola bilər.
Müəllif :
Ə.İ.Sadıqov - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2023