В статье приведен анализ исторического развития международного права по защите и поощрению иностранных инвестиций, а также изменений подходов к формированию международно-правовых норм, которые регулируют иностранные капиталовложения и международные инвестиционные отношения, в историческом аспекте. Производится рассуждение на тему взаимосвязи с международным правом и его историей. Рассмотрены различные аспекты регулирования инвестиционных отношений в различные исторические периоды. Особое внимание в контексте современного периода было обращено на деятельность Транснациональных корпораций, которые стали важнейшими хозяйствующими субъектами на мировой арене и обладают достаточно крупной силой влияния.
Müəllif :
Чыраглы М.А
Nəşr tarixi : 2021
Cinayətin subyekti və subyektiv əlamətləri mahiyyət etibarilə cinayətin subyektiv əlamətlərinin məcmusunu təşkil edir. Ona görə də bu məqalə insan alveri cinayət tərkibinin subyekti və subyektiv cəhətindən bəhs edir. AR CM-nin 144-1-ci maddəsində nəzərdə tutulan cinayətin subyekti 16 yaşına çatmış istənilən anlaqlı fiziki şəxs ola bilər. CM-nin 144-1-ci maddəsi – insan alveri cinayəti subyektiv cəhətdən birbaşa qəsdlə xarakterizə olunur. Təqsirli şəxs insana münasibətdə həyata keçirilən əməllərin ictimai-təhlükəli xarakterini tərk edir və bu hərəkətləri törətməyi arzu edir. AR CM-nin 144- 1.1 və 144-1.2-ci maddələrində nəzərdə tutulmuş – insana münasibətdə cəlb etmə, gizlədilmə, daşınma, verilmə və s. bu kimi hərəkətlərə münasibətdə təqsirli şəxsin psixi münasibəti birbaşa qəsd, zərərçəkən şəxsin ölümünə, sağlamlığına ağır zərər vurulmasına və ya digər ağır nəticələr münasibətdə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur.
Müəllif :
Sevinc Hüseynova - Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun Cinayət hüququ və cinayət prosesi şöbəsinin böyük elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru
Nəşr tarixi : 2021
Патентное право является важным институтом современного права. Патентное право Азербайджанской Республики один из молодых правовых институтов по сравнению с аналогичными институтами европейских стран. Тем не менее, в нашей стране за короткое время сформированы его основные принципы. Развитие инновационной деятельности возможно только на основе эффективной нормативно-правовой базы по охране интеллектуальной собственности. Пути совершенствования патентного законодательства, несмотря на территориальное действие патента, следует также искать в направлении интенсивного сближения с законодательством индустриально развитых стран, а также соответствия положениям международных соглашений. В ряде правил нашего законодательства нашли отражения факты участия Азербайджанской Республики в международных соглашениях в этой области.
Müəllif :
Нигяр Мамедова - докторант кафедры Международного частного права и Европейского права БГУ
Nəşr tarixi : 2021
Müxtəlif xarakterli mübahisələrin tənzimlənməsi, insanlar, dövlət, qeyri-dövlət orqanları arasında münaqişələrin mahiyyəti üzrə həll edilməsi, ən optimal qanuni həlli yolunun müəyyənləşdirilməsi məhz ədalət mühakiməsini həyata keçirən məhkəmələrin səlahiyyət dairəsinə daxildir. Digər məhkəmələr kimi inzibati məhkəmələr də insan hüquq və azadlıqlarının müdafiəsində misilsiz rola malikdir. İnzibati məhkəmə icraatı malik olduğu hüquqi təminat və hüquq bərpaedici potensial vasitəsilə hüquqi kolliziyaların həll edilməsinə kömək edə bilir.
Müəllif :
Məmmədova Könül - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquq” kafedrasının müəllimi, AMEA Hüquq və İnsan Haqları İnstitutunun dissertantı.
Nəşr tarixi : 2021
Birinci instansiya məhkəməsində icraat hüququn müdafiəsi aktı - ədalət mühakiməsi qərarının qəbul edilməsi ilə başa çatdırılan hər hansı iş üzrə əsas və məcburi mərhələdir. Lakin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı mümkün məhkəmə səhvlərini, yanlışlıqlarını, eləcə də çıxarılmış qərarla razılaşmamağı, mübahisənin məhkəmə tərəfindən düzgün həll edilməsinə, onların hüquqlarının və qanuni mənafelərinin lazımınca qorunmasına dair tərəflərin şübhələrini istisna etmək olmaz. Prosessual qanun maraqlı şəxslərə məhkəmə qərarlarından yuxarı instansiya məhkəmələrinə şikayət etmək hüququ verir. Məhkəmə qərarlarından şikayət verilməsi və yoxlanılması üsullarına uyğun olaraq mülki proses yoxlama mərhələləri üzrə inkişaf edir. Yuxarı instansiya məhkəmələrində icraat mülki məhkəmə icraatının ümumi məqsədlərinə nail olmağa, ədalətli məhkəmə qərarlarının qəbul edilməsinə, mümkün məhkəmə səhvlərinə qarşı hüquqların və qanuni mənafelərin lazımi məhkəmə müdafiəsini təmin etməyə xidmət edir.
Müəllif :
İsmayıl Qəribli - NDU
Nəşr tarixi : 2024
В статье на основе анализа законодательных положений и научной литературы рассматривается сущность, освещаются особенности административно-правовых форм и методов обеспечения информационной безопасности в таможенной сфере на современном этапе развития государства.
Müəllif :
Тургут Салаев - аспирант Института законодательства Верховной Рады Украины.
Nəşr tarixi : 2021
“Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın 12-ci maddəsində Azərbaycan xalqının müstəqil, dünyəvi, demokratik, hüquqi və unitar dövlət yaratma yolunu tutması fikri əksini tapmışdır. Konstitusiya Aktında Hakimiyyətin və bütün təbii sərvətlərin xalqa mənsubluğu, mülkiyyətin bütün formalarının bərabərliyi, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təminatı, habelə insan və vətəndaş hüquq və azadlıqlarının ümumi prinsipləri də rəsmən elan edilmişdi. 1991-ci il 18 oktyabrda Azərbaycanın müstəqilliyini elan etməsinə baxmayaraq, respublikanın müstəqilliyi deklarativ xarakter daşıyırdı. Dövlətçiliyin iqtisadi, siyasi, hüquqi və ideoloji əsaslarını sarsıdan bir çox sosial-mənəvi problemlər də məhz müstəqilliyin bu səciyyəvi cəhəti üzündən meydana çıxmışdı. De-yure müstəqilliyini bəyan etmiş Azərbaycanın de-fakto müstəqil dövlət kimi yaşamasında və müstəqil siyasət yeritməsində ciddi problemlər mövcud idi.
Müəllif :
Oğuzhan Uzar, ATİLLA Öztürk - Naxçıvan Dövlət Universiteti
Nəşr tarixi : 2023
Məqalədə müəllif tərəfindən Azərbaycan Respublikasında ailə və uşaq hüquqlarının qorunmasına və mühafizəsinə dair məsələ elmi kontekstdə araşdıralaraq nəzərdən keçirilir və müvafiq nəticələr çıxarılır. Beynəlxalq və milli təcrübə təsdiq edir ki, ailə münasibətlərindən irəli gələn hüquq pozuntularının, xüsusilə yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquq pozuntularının və cinayət faktlarının nəzarətdə saxlanılması üçün mühafizəedici və qoruyucu tədbirlərin həyata keçirilməsi zəruridir.
Müəllif :
Həsənzadə Səidə - AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun aparıcı elmi işçisi, hüquq üzrə elmlər doktoru, dosent.
Nəşr tarixi : 2021
Məqalədə müəllif tərəfindən Azərbaycanda iqtisadi sferada nəqliyyat münasibətlərinin hüquqi tənzimlənməsi, nəqliyyat təhlükəsizliyi, nəqliyyat daşımaları zamanı sığorta, məsuliyyət və s .məsələlər nəzərdən keçirilir. Qeyd olunur ki, nəqliyyat təhlükəsizliyi nəqliyyat-daşıma prosesinin elə bir vəziyyətidir ki, bu vəziyyət həmin prosesdə iştirak edən subyektlərin nəqliyyat hadisəsindən və onun nəticələrindən müdafiəolunma dərəcəsini əks etdirir. Nəqliyyat təhlükəsizliyinin təmin edilməsi hüquq sisteminin müstəqil sahəsi olan iqtisadi hüququn “nəqliyyat hüququ” adlı tərkib hissəsi ilə tənzimlənir. Nəqliyyat hüququ dedikdə isə iqtisadi hüququn elə bir struktur hissəsi başa düşülür ki, bu hissə özündə iqtisadiyyat sahələrindən biri olan nəqliyyatın fəaliyyəti ilə bağlı yaranan ictimai münasibətləri – nəqliyyat münasibətlərini tənzimləyən hüquq normalarının məcmusu başa düşülür. Bu normalar vasitəsi ilə nəqliyyat sahəsində yaranan iqtisadi münasibətlər nizamlanır və qaydaya salınır. İqtisadi sferada nəqliyyat münasibətlərinin hüquqi tənzimlənməsi,təhlükəsizliyin təmin olunması həm universal və regional mexanizmlər, həm də milli səviyyədə qanunvericilik, icra hakimiyyəti və məhkəmə hakimiyyəti institutları vasitəsilə həyata keçirilir.
Müəllif :
Etibar Əliyev - Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvü, Bakı Dövlət Universiteti Hüquq fakültəsi “İnsan hüquqları və informasiya hüququ” YUNESKO kafedrasının professoru, hüquq üzrə elmlər doktoru.
Nəşr tarixi : 2021