В статье исследуются возникновение административной юстиции, показан исторический аспект развития элементов административной юстиции, охвачен широкий исторический промежуток, начиная с XIX века и заканчивая современным этапом. В первой части статьи особое внимание уделяется французской и германской системам административного судопроизводства. Во второй части статьи анализируется проблематика становления административного судопроизводства в Азербайджанской Республике.
Müəllif :
Зейналов Эльмир Фуад оглы Магистрант II курса кафедры «Конституционное право»
Nəşr tarixi : 2018
Məqalədə müasir dövrün ən əhəmiyyətli məsələlərindən olan korrupsiya mövzusuna toxunulmuş, korrupsiyanın nə demək olduğu, onun fəsadları, beynəlxalq sənədlərdə və milli qanunvericilikdə korrupsiya anlayışı və onun elementləri- nin nə olduğu göstərilmiş, korrupsiya ilə mübarizənin təşkilinin mühüm ünsürləri, bu sahədə dövlətlərin milli təcrübəsinin və beynəlxalq praktikanın öyrənilməsi və müsbət lahiyələrin Azərbaycanda tətbiqi imkan- ları araşdırılmışdır. Məqalə hazırlanarkən sistemli yanaşma, təhlil, təsnifat, müqayisəli hüquq kimi elmi metodlardan istifadə edilmişdir.
Müəllif :
Elxan Heydərli Bakı Dövlət Universiteti, Avropa hüququ, Magistr, I kurs
Nəşr tarixi : 2018
Bu məqalədə Avropa konvensiyasında şəxsi və ailə həyatına hörmət hüququ ilə bağlıdır (1 iyun 2010-cu il. 14 saylı protokol). Məqalədə Avropa konvesiyasının mahiyyəti, İnsan hüquqları üzrə konvesiyanın şəxsi və ailə həyatına hörmət hüququnun təmin edilməsində rolu və müdafiə edilməsi sahəsində digər dövlət orqanları ilə qarşılıqlı fəaliyyəti barədə məlumat verilir.
Müəllif :
Əlizadə Firavan Süleyman qızı Hüquq fakültəsi I kurs Bakı Dövlət Universitet
Nəşr tarixi : 2018
Bu məqalədə müəllif insan və vətəndaşın hüquq və azadlıqlarının qorunmasının beynəlxalq təcrübəsindən bəhs edir. Bu məqsədlə Avropa İnsan Hüquqları və Azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın müvafiq maddələri, o sıradan razılığa gələn yüksək tərəflərdən hakimin müəyyənləşdirilməsi, şikayətlərə baxılmaq qaydaları, şikayətlərin əsaslandırılması və şərtləri şərh edilir. Məqalədə Avropa İnsan Hüquqları Məhkəməsində fərdi şəxslərin müraciətlərinə və dövlətlərarası id- dialara baxılmaq prosedurları, o sıradan müraciət qaydaları və tələbləri aydın və izahlı formada təsvir olunur. Hər iki halda ərizəçinin və məhkəmənin hüquq və səlahiyyətləri araşdırılır. Eyni zamanda dövlətlərarası iddialara baxılma qaydası ilə fərdi şikayətlər arasında müraciət prosedurlarının oxşar və fərqli cəhətlər aşkara çıxarılır. Məqalədən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət hazırlayanlar, müraciət prosedurlarını öyrənmək həvəsində olanlar və eyni zamanda hüquq sahəsində təhsil alanlar faydalana bilərlər
Müəllif :
Bayramova Zhala Qubad Bachelor degree student of Law Faculty, Baku State University
Nəşr tarixi : 2018
Azərbaycanın hüquq ədəbiyyatında, təəssüflər olsun ki, kifayət qədər tələbatın olduğunu və bu tələbat üçün tələbələrimizin xarici ədəbiyyata üz tutduqları məlumdur. Hüquq sahələrində müəyyən materiallar olmasına baxmayaraq bu bəzən ki- fayət ola bilmir. Bu sahələrdən biri də müharibə hüququdur. İngiliscə “Law of war” adlandırılsa da, bunun qarşılığı müharibə hüququ olaraq öz əksini tapmaqdadır. Müharibə hüququ yalnız müharibə deyil, eyni zamanda sülh və barışıq zamanı yaranan hüquq və vəzifələri tənzimləyir, müharibə sferasını bir hüquq çərçivəsində fəaliyyətini təmin edir, müəyyən ölçülər irəli sürür. Müharibə hüququ yal- nız hüquq sahəsi kimi deyil, hüquq fəlsəfəsinin bir qolu olaraq da inkişaf edir. Müharibə hüququnun fəlsəfi əsasları dedikdə isə, müharibənin yaranması, inkişafı, inteqrasiyası, fəlsəfi mahiyyəti başa düşülür. Ədəbiyyatımızda bu sahə ilə bağlı materiallar kifayət qədər olmasa belə, fəlsəfi düşüncəli hüquqşünaslar bu barədə öz fikirləri ilə çıxış etmişlərdir. Bu şəxslərdən biri də Holland əsilli Hüqo Qrotsidir.
Müəllif :
İmamverdi Novruzlu Hüquqşünaslıq, bakalavr Dövlət Gömrük Komitəsinin Akademiyası
Nəşr tarixi : 2017
Cəmiyyəti daim narahat edən, əslində isə məhz onun məhsulu olan cinayətkarlığın səbəbləri və onunla mübarizə həm keçmişdə, həm də gələcəkdə nəzər-nəqtəsi olub və olacaqdır. Sosiumun rüşey- mini və sabahını təşkil edən uşaqların kriminallığı isə xüsusilə narahatlıq doğuran məsələdir. Çünki, bu kateqoriya cinayətkarlıqla bağlı fəaliyyət nə qədər gecikdirilərsə, nəticə də bir o qədər dəhşətli olacaqdır. Bu məqalədə çalışacağıq ki, uşaq cinayətlərinin səbəblərinin beynəlxalq təhlilinə toxunulsun və onunla mübarizə üçün aparılan tədbirlərdən danışılsın. Bu sahədə aparılmış ən son və ən sanballı tədqiqatlar Yeni Zelandiya hüquq ictimaiyyətinə məxsus olduğundan əsas diqqət onlara yönələcəkdir
Müəllif :
Elxan Heydərli Məzun, Hüquq fakültəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Nəşr tarixi : 2017
Успешное развитие общества, уровень решения стоящих перед ним экономических, политических, социальных, культурных и других задач зависит от его интеллектуального потенциала. Результат интеллектуальной деятельности, так же как и вещи, являются объектами гражданского оборота, по поводу которых возникают отношения, регулируемые нормами права.
Müəllif :
Исмаилова Эльнара Бакалавр, Юридического факультета, Бакинского Государственного Университета
Nəşr tarixi : 2017