Bu hesabat ölkədə dərc olunan hüquq jurnallarının hazırkı durumu barədə məlumatların toplanması və vahid elektron bazasının yaradılması məqsədilə hazırlanıb. Hüquqşünaslar (109 respondent) və hüquq jurnalları (13 respondent) arasında elektron sorğu keçirməklə hüquq jurnallarının və onlara olan münasibətin qiymətləndirilməsi hazırkı monitorinqin əsas istiqamətini təşkil edib.
Müəllif :
Hüquq və İnsan Haqları İnstitutu Publik Hüquqi Şəxs
Nəşr tarixi : 2024
Hesabat hazırlanarkən istifadə olunmuş məlumatların bir qismi Elektron məhkəmə informasiya sistemindən əldə edilmişdir, bir qismi isə müvafiq olaraq hər bir məhkəmənin özü tərəfindən təqdim olunmuşdur.
Müəllif :
Azərbaycan Respublikasının Ali Məhkəməsi
Nəşr tarixi : 2023
Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 2023-cü il üzrə icraatında olan işlərə, 2023-cü il ərzində həyata keçirilmiş ümumi fəaliyyətinə dair məlumat və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasında baxılmış bütün kateqoriyalardan olan işlərin apellyasiya instansiyası məhkəmələri üzrə müqayisəli təhlili.
Müəllif :
Azərbaycan Respublikasının Ali Məhkəməsi
Nəşr tarixi : 2023
Azərbaycan Respublikasında vahid məhkəmə təcrübəsinin formalaşdırılması baxımından əhəmiyyətli olan məhkəmə aktlarının müəyyənləşdirilməsi və onlara əlçatanlığın təmin edilməsi məqsədi ilə “Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi Qaydaları”nın layihəsi hazırlanaraq Ali Məhkəmənin Plenumunun müzakirəsinə təqdim edilmiş və Plenumun 2023-cü il 4 noyabr tarixli qərarı ilə təsdiq edilmişdir.
Müəllif :
Azərbaycan Respublikasının Ali Məhkəməsi
Nəşr tarixi : 2023
Hesabat dövründə xarici elementli kommersiya mübahisələrinə baxılarkən qüvvədə olan qanunvericiliyin tətbiqi təcrübəsinin təhlili və ümumiləşdirilməsinin nəticələri üzrə “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Qərarın layihəsi hazırlanaraq Ali Məhkəmənin Plenumunun müzakirəsinə təqdim edilmiş və Plenumun 2023-cü il 14 dekabr tarixli Qərarı ilə təsdiq edilmişdir.
Müəllif :
Azərbaycan Respublikasının Ali Məhkəməsi
Nəşr tarixi : 2023
Konstitusiya gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” mövzusunda 12 noyabr 2021-ci tarixində keçirilmiş elmi-nəzəri konfransın materialları
Müəllif :
Azərbaycan Respublikasinin Konstitusiya Məhkəməsi
Nəşr tarixi : 2021
Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-cu ildönümünə həsr olunmuş "XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar" mövzusunda elmi-nəzəri konfransın materialları
Müəllif :
Azərbaycan Respublikasinin Konstitusiya Məhkəməsi
Nəşr tarixi : 2021
Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar" mövzusunda elmi-nəzəri konfransın materialları
Müəllif :
Azərbaycan Respublikasinin Konstitusiya Məhkəməsi
Nəşr tarixi : 2022
Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda elmi-nəzəri konfransın materialları
Müəllif :
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
Nəşr tarixi : 2023