İlham Malik oğlu Əliyev

CM-in 328.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan rəisin qanunla müəyyən edilmiş qaydada verdiyi əmri tabelikdə olan şəxsin yerinə yetirməkdən açıqcasına imtina etməsi əməlinin 328-ci maddənin adına uyğun olmamasını, yəni “açıqcasına imtina etmə” ifadəsinin əmri icra etməmənin deyil, tabe olmamanın mahiyyətini əks etdirdiyini, “rəisin qanunla müəyyən edilmiş qaydada verdiyi əmri tabelikdə olan şəxsin yerinə yetirməkdən acıqcasına imtina etməsi” və “əmrin başqa şəkildə qəsdən yerinə yetirilməməsi” kimi əməllərin səbəb olduğu nəticələrin bir-birindən prinsipial olaraq əhəmiyyətli dərəcədə fərqləndiyinə görə onların alternativ hərəkətlər kimi bir dispozisiyada nəzərdə tutulmasının məqsədəuyğun olmadığını nəzərə alaraq CM-in 328-ci maddəsinin aşağıda göstərilən yeni redaksiyada verilməsini təklif edirik:

Maddə 328. Əmri icra etməmə, yaxud tabe olmama.

328.1. Rəisin qanunla müəyyən edilmiş qaydada verdiyi əmrin tabelikdə olan şəxs tərəfindən qəsdən yerinə yetirulməməsi hərbi xidmət mənafelərinə əhəmiyyətli zərər vurduqda — iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

328.2. Eyni əməllər: 328.2.1. bir qrup şəxs tərəfindən və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 328.2.2. ağır nəticələrə səbəb olduqda — beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

328.3. Rəisin qanunla müəyyən edilmiş qaydada verdiyi əmrin tabelikdə olan şəxs tərəfindən hərbi xidmətə vicdansız və ya laqeyd münasibət nəticəsində yerinə yetirilməməsi ağır nəticələrə səbəb olduqda — iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

328.4. Rəisin qanunla müəyyən edilmiş qaydada verdiyi əmri tabelikdə olan şəxsin yerinə yetirməkdən açıqcasına imtina etməsi hərbi xidmət mənafelərinə əhəmiyyətli zərər vurduqda — beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

328.5. Bu Məcəllənin 328.1 – 328.3-cü maddələrində nəzərdə tutulmuş əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə — beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

328.6. Bu Məcəllənin 328.4-cü maddəsində nəzərdə tutulmuş əməl müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə — yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


Опубликовано : 12-03-2025

Rəylər



Rəy bildir




Top