Vüqar Behbudov

AR Cinayət Məcəlləsinin 83-cü maddəsi Məhkumluğu təsbit edir. Hesab edirəm ki, ən azından böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluq müddəti ləğv edilməlidir. Ağır və ya xüsusilə ağır cinayətləri törətmiş şəxslər üçün bu müddətlərin olması, məhkumların, törətdiyi əməllərin ictimai təhlükəliliyini anlaması baxımından, başadüşüləndir. Lakin, böyük ictimai təhlükə törətməyən cinayətlər üçün bu müddətin ləğv edilməsi nəzərdən keçirilə bilər. Nəzərə alınmalıdır ki, bu halda, məhkumlar, özləri üçün iş yerləri tapa bilmirlər və ya özlərini sosial mənada cəmiyyətdən tədric olunmuş hesab edirlər. Bu səbəbdən də, cəmiyyət üçün ağır ictimai xarakter daşımayan cinayətlər üçün bu məsələyə yenidən baxılması məqsədəmüvafiq olardı.


Опубликовано : 17-03-2025

Rəylər



Rəy bildir




Top