Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsi "adam oğurluğu" cinayətini nəzərdə tutur. Lakin maddənin mövcud redaksiyası hüquq tətbiqi praktikasında müəyyən çətinliklər yaradır və təkmilləşdirilməyə ehtiyac duyur. Xüsusilə, cinayət tərkibinin obyektiv cəhəti dəqiq müəyyən edilmədiyindən, maddənin dispozisiyası hüquqi müəyyənlik prinsipinə tam cavab vermir. Cinayət hüququnda cinayət tərkibinin obyektiv cəhəti əməlin törədilmə üsulu, icra mexanizmi və nəticələri baxımından aydın şəkildə ifadə edilməlidir. Lakin mövcud normada adam oğurluğunun konkret hansı əməlləri əhatə etdiyi, bu cinayətin nə zaman başa çatmış hesab edildiyi və digər mühüm elementlər tam açıq göstərilməmişdir. Bu isə normanın hüquq tətbiq edən orqanlar tərəfindən qeyri-bərabər və geniş təfsir olunmasına səbəb olur. Təklif olunur ki, sözügedən maddənin hüquqi tərifi məcəllədə göstərilsin. Bu hüquqi müəyyənliyi artıraraq praktikaya öz töhfəsini verəcəkdir.
Опубликовано : 18-03-2025
Rəylər
Heç bir rəy yazılmayıb !
Rəy bildir
Bildirdiyiniz rəy yoxlanıldıqdan sonra səhifədə nümayiş olunacaq !