AR NK-nin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”nin 4.2-ci bəndində nəzərdə tutulmuşdur ki, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar həmin qərarın qəbul edilməsinə əsas olan əməliyyatın aparıldığı tarixdən qüvvəyə minir.”. İnzibati İcraat Haqqında AR Qanunun 64.1-ci maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Hüquqtətbiqedənlər bu uyğunsuzluğu həmin Qanunun 3.3-cü maddəsi ilə əsaslandırır, hansı deyir ki, “Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər”, və məhz bu “inzibati icraatla bağlı xüsusi qaydalar” ifadəsinə fikir verirlər. Lakin bu halda biz qrammatik şərhetməyə müraciət etsək, bu maddəni iki hissəyə bölmək olar: 1. Azərbaycan Respublikasının xüsusi qanunları ilə müəyyən oluna bilər; 2.1. Bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar, 2.2. İnzibati icraatla bağlı xüsusi qaydalar. Yəni bu qanunda nəzərdə tutulmuş müddəalardan fərqli müddəaları müəyyən edən “xüsusi qaydalar” yalnız bu Qanunla AR Konstitusiyasında müəyyən olunmuş Normativ-hüquqi aktlarının ierarxiyasında eyni səviyyədə olan qanunlarla müəyyən oluna bilər. Hazırda isə İnzibati İcraat haqqında AR Qanunundan daha aşağı hüquqi güvvəsinə malik olan AR NK Qərarında “xüsusi qaydaların” müəyyən olunması həmin qanunun 3.3-cü maddəsinin təsiri altına düşmür və Normativ Hüquqi Aktlar haqqında AR KQ-na əsasən kolliziya hesab olunmalıdır.
Опубликовано : 15-04-2025
Rəylər
Heç bir rəy yazılmayıb !
Rəy bildir
Bildirdiyiniz rəy yoxlanıldıqdan sonra səhifədə nümayiş olunacaq !